Hərbi qulluqçuların fərqlənmə nişanları: hərbi qulluqçunun geyindiyi formasının müəyyən olunmuş yerində yerləşdirilir.Hərbi nişanlar hərbi qulluqçunun hansı qoşun növündə qulluq etdiyini bildirir.
Bunlar aşağıdakılardır:
paqonlar və yaxalıqlar
döş və qol nişanları
baş geyimində kokardlar
kant və qaytanlar.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə məxsus fərqlənmə nişanları Azərbaycan Respublikası Milli Məclis tərəfindən 1 yanvar 1993 ildən qəbul edilmişdir.
Mövzu 8: Hərbi intizam, əsgər və çavuşların həvəsləndirilməsi və cəzalandırılması Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Hərbi intizam hər bir hərbi qulluqçunu:
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, Hərbi Andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin əmr və sərəncamlarına sözsüz tabe olmağa;
Hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən öz qanını və hətda həyatını belə əsirgəməməyə;
Hərbi və dövlət sirlərini möhkəm saxlamağa;
Namuslu və döğruçu olmağa,hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasına, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumalı;
Komandirlərə və böyüklərə hörmət etməli;
Əsgəri nəzakət və slamvermə qaydalarına əməl etməyi.
Sülh dövründə isə silah yalnız müstəsna hallarda şərait təcili tədbirlər görməyi tələb etdikdə, yəni tabe olmayanın hərəkərləri Vətənə xəyanətə, döyüş tapşırığının yerinə yetirilməsinə yönəldikdə və ya komandirin, digər hərbi qulluqçuların, ya da mülki vətəndaşların həyatına real təhlükə yarandıqda işlədilə bilər. Şərait imkan verirsə, komandir silah işlətməkdən əvvəl tabe olmayana xəbərdarlıq etməlidir. Komandir silah işlətməsi haqqında dərhal komanda üzrə məlumat verməlidir. Qayda-qanun və intizam bərpası üçün tədbir görməyən komandir bunun üçün məsuliyyət daşımalıdır. Əsgərlər, matroslar və çavuşlar üçün aşağıdakı həvəsləndirmələr tətbiq edilir:
müddətdən artıq xidmət edən çavuşları ştat üzrə vəzifəyə təyin etmək;
əlaçı döş nişanı ilə təltif etmək;
əsgərlərin, çavuşların adlarını Fəxri kitaba yazmaq;
əsgərlərə, matroslara, çavuşlara vaxtı nəzərə almadan 10 sutkayadək qısa müddətli məzuniyyətə buraxmaq.
Hərbi qulluqçular törətdikləri cinayətlər üçün qüvvədə olan qanunvericiliyə müvafiq cinayət məsuliyyəti daşımalıdırlar. Törətdiyi cinayət üçün intizam cəzası almış hərbi qulluqçu cinayət məsuliyyətindən azad edilmir. Əsgərlərə və matroslara verilən intizam cəzaları aşağıdakılardır: