Azərbaycan Respublikasının Konstitusiyasının “Vətənin müdafiəsi haqqında”. Müdafiə dedikdə ölkəmizin silahlı basqından müdafiyə hazırlığının təmin edilməsi üzrə siyasi, iqtisadi, hərbi, hüquqi və digər tədbirlər sistemi, eləcədə Azərbaycan Respublikasının əhalisinini, ərazisinin və müstəqilliyinin bilavasitə mühafizə edilməsi nəzərdə tutulur. Müdafiə təhlükəsizliyin bir amili və dövlətin ən vacib funksiyalarından biridir. Ölkəmizin müdafiəsi beynəlxalq hüquqlara, Azərbaycan Respublikasının Konstitusiyasına, qüvvədə olan qanunvericiliyinə və hərbi doktrinasına uyğun surətdə təşkil edilir və həyata keçirilir.Azərbaycan Respublikasının eks prezidenti Heyder Əliyev Əlirza oğlu bilavasitə rəhbərliyi ilə yaradılmış 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikası ilk Əsas Qanununun – Konstitusiyasının 9-cu maddəsində göstərilir:
I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı
Qüvvələr və başqa silahlı birləşmələr yaradır.
II. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalqmünaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır”.
Azərbaycan Respublikası ölkəsinin təhlükəsizliyini özünün sərəncamında olan bütün vasitələrdən cəm halında istifadə etməklə və bu zaman siyasi diplomatik və digər dinc vasitələrə üstünlük verməklə təmin edir. Bununla əlaqədar, Azərbaycan Respublikası Silahlı Qüvvələrə və digər silahlı birləşmələrə malik olmaqla, onları aşağıdakı məqsədlər üçün tətbiq etməyi vacib sayır:
- Azərbaycan Respublikasına qarşı təcavüz edilən hallarda, onun müstəqilliyinin, ərazi bütövlüyünün və digər vacib həyat maraqlarının müdafiəsində;
- Azərbaycan Respublikasının dövlət sərhədlərində, müqavilə öhdəliklərinə uyğun olaraq digər dövlətin sərhədlərində və ya Azərbaycan Respublikasının ərazisində onun vacib həyati mənafelərinə təhlükə törədən silahlı münaqişələrin, hər hansı qanuna zidd silahlı zorakılığın qarşısının alınmasında.
Azərbaycan Respublikası Konstitusiyasının “Vətəni müdafiə” adlı 76-ci maddəsində deyilir: “Vətəni müdafiə hər bir vətəndaşın borcudur.Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər”.Konstitusiyanın müddəalarına uyğun olaraq qəbul edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında”, “Müdafiə haqqında”, “Hərbi xidmətə çağırışın əsasları haqqında”, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ rəhbər sənədlərlə vətəndaşların hərbi xidmətə hazırlanması, çağırışı, qeydiyyata götürülməsi və hərbi xidmət keçməsi məsələləri müəyyən edir.
Hərbi vəzifə haqqında anlayış. Hərbi qeydiyyatın təşkili və onun əhəmiyyəti. Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və hərbi xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur. Azərbaycan Respublikasının “ Müdafiə haqqında” qanununda dövlət qurumu olub, Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur və vətəndaşların hərbi vəzifələri müəyyən edilir. Vətəndaşların hərbi vəzifələri azərbaycan Respublikasının “Silahlı Qüvvələr haqqında” və “Hərbi xidmət haqqında” qanunlarında müəyyən edilmişdir. Hərbi vəzifə bunları nəzərdə tutur:
- hərbi vəzifələrin və çağırışçıların hərbi qeydiyyata alınması;
- gənclərin hərbi xidmətə hazırlığı;
- hərbi xidmətə çağırış;
- ehtiyatda olmaq;
- ehtiyatda olmaqla hərbi toplanışa çağırış və qulluq etmək.
Azərbaycan Respublikasının müəyyən qanun və normativ hüquqi aktları ilə səfərbərlik və hərbi vəziyyət vaxtında hərbi vəzifələr müəyyənləşdirilir. Səfərbərlik- Silahlı Qüvvələrdə, dövlətin iqtisadiyyatının dövlət ərazisində, ya da ayrı-ayrı yerlərdə hərbi vəziyyət elan edir və hərbi fəaliyyət haqqında əmr verir.Hərbi vəziyyət- müstəsna hallarda yüksək dövlət orqanının qərarına əsasən ölkədə yaxud ayrı-ayrı yerlərdə müəyyən edilən müvəqqəti xüsusi hüquqi dövlət idarəetmə rejimidir. Bu zaman hərbi orqanların səlahiyyətləri genişləndirilir, vətəndaşlara bir sıra əlavə vəzifələr həvalə olunur və məhdudlaşma müəyyən edilir. Hərbi dövr- dövlətin müharibə vəziyyətində olması deməkdir. Dövlətin bütün həyatı fəaliyyəti sahəsində və dövlətlərarası əlaqələrdə əhəmiyyətli dəyişikliklərlə, hərbi vəziyyət dövrü qanunlarının həyata keçirilməsi ilə səciyyələndirilir.
Azərbaycan Respublikasının “Müdafiə haqqında” qanununa əsasən Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı hesab olunur. Azərbaycan Respublikasına qarşı təcavüz və ya silahlı münaqişə törənərsə, həmçinin belə bir təhlükə ehtimalı olarsa, o, ümumi, yaxud qismən səfərbərlik haqqında qərar qəbul edir, dövlətin ərazisində, ya da ayrıayrı yerlərdə hərbi vəziyyət elan edir və hərbi fəaliyyət haqqında əmr verir.
Dostları ilə paylaş: |