Bölüyün gün növbətçisi. Bölüyün gün növbətçisi əsgərlərdən təyin olunur. O, mühafizəsində olan silahların, tapançalar olan şkafların, döyüş sursatı olan yeşiklərin, bölüyün əmlakının, əsgərlərin və çavuşların əşyalarının qorunub saxlanmasına cavabdehdir. Bölüyün gün növbətçisi bölük növbətçisinə tabedir. Bölüyün növbəti gün növbətçisi kazarmanın daxilində giriş qapısının yanında silahlar saxlanan otağa yaxın yerdə dayanır.Bölüyün gün növbətçisinin vəzifəsidir:
bölük növbətçisinin icazəsi olmadan bölüyün binasından heç yerə getməmək,silah saxlama otağına daim nəzarət rtmək;
bölük komandiri ,ondan yüksək vəzifəli birbaşa rəislər və alay növbətçisi bölüyə gəldikdə “Farağat” komandası vermək;bölüyün başqa zabitləri bölüyə gəldikdə “Bölük bövbətçisi çıxışa” komandası verməli;
bölükdə baş vermiş bütün hadisələr, yanğın təhlükəsizliyi qaydalarının pozulması və gördüyü nasazlıqlar haqqında bölük növbətçisinə dərhal məlumat vermək;
otaqlarda təmizlyə və qayda qanuna diqqət yetirmək, hərbi qulluqçuların buna riayət etmələrini onlardan tələb etmək;
hərbi qulluqçuların soyuq havada, xüsusilə gecələr geyinməmiş binadan çıxmasına icazə verməmək;
hərbi qulluqçuların yalnız müəyyən olunmuş otaqlarda və ya yerlərdə popiros çəkmələrinə, ayaqqabı və paltar təmizləmələrinə diqqət yetirmək;
səhər yuxudan durma vaxtı və həmçinin gecələr həyacan siqnalı,toplanış hallarinda və ya yanğın olduqda şəxsi heyəti yuxudan oyatmaq;
bölük növbətçisinin icazəsi olmadan kənar şəxsləri binaya buraxmamaq, həmçinin kazarmadan silahların, əmlakın və əşyaların çıxarılmasına icazə verməmək.