Motoatıcı manqanın döyüş imkanları - bölmələrin və hissələrin müəyyən edilmiş müddətdə və konkret şəraitdə müəyyən tapşırıqlarını yerinə yetirmək içkanlarını xarakterizə edən kəmiyyət və keyfiyyət göstəriciləridir. Döyüş imkanları ş/h–in soyadından,onun döyüş hazırlığının səviyyəsindən və mənəvi psixoloji əhvalatından, hansı silah və texnikanın olmasından, onların vəziyyətindən,bölmənin idarəetmə bacarığından, bölmə və hissələrin təşkilati quruluşundan,onların maddi vəsaitlə təchizatından asılı olur. Manqanın döyüş imkanları onun atəşaçma və manevretmə imkanları ilə xarakterizə olunur.Manqanın müxtəlif silahlardan isdifadə edərək düşmənin tanklar və zirehli maşınlarına alçaqdan uçan təyyarələrinə və vertolyotlarına qarşı mübarizə aparar onun atəş vasitələrini və canlı qüvvəsi məhv edə bilər. Manqa hücumda düşmənin 1-2 tankını, ZTR və bir qrup əsgərini; müdafiədə 2-3 tankını, 1-2 ZTR və ya PDM, 12- 15 əsgərini məhv etməyə qadirdir. Manqanın hücumda eni 50m -ə qədər, əsgərlər arası interval 8-12 addım, müdəfiədə manqanın müdafiə mövqeyi 60-80 m-ə qədər, manqalar arasındakı məsafə 50 m olmalıdır. Manqanın müşahidə məntəqəsi müdafiədə ön xətdə yerləşir. Manqa R-158, R-4620, R-4610, TA -57, TA-53 radiostansiya və ya telefon aparatları ilə təchiz olunur.Manqa hücumda və ya müdafiədə adətən MAT-ın tərkibində fəaliyyət göstərir, kəşfiyyatda və mühafizədə isə müstəqil olaraq fəaliyyət göstərə bilər. Döyüş tapşırıqlarından, ərazinin xüsusiyyətlərindən və digər şəraitdən asılı olaraq, manqanın PDM - ə (ZTR-də ),piyada halda, xizəkdə, bəzən isə tankda desant kimi fəaliyyət göstərməsi mümkündür.