Fənni üzrə


Motoatıcı manqanın yürüş və döyüş nizamı



Yüklə 431,5 Kb.
səhifə29/46
tarix10.01.2022
ölçüsü431,5 Kb.
#108031
1   ...   25   26   27   28   29   30   31   32   ...   46
Motoatıcı manqanın yürüş və döyüş nizamı. Motoatıcı manqa yerinə yetirdiyi tapşırıqdan, düşmənin hərəkətlərindən və ərazidən asılı olaraq yürüş və döyüş nizamında ola bilər.

Yürüş nizamı. Bu piyada halda fəaliyyət zamanı yürüş üçün manqanın kolon sırasına düzülməsidir. Yürüş nizamı manqanın yüksək hərəkət sürətini, döyüş nizamına tez düzülməsini və şəxsi heyətin qüvvələrinin saxlanılmasını təmin etməlidir. Manqanın yürüş nizamı bircərgəli və ya ikicərgəli kolonda ola bilər. PDM (ZTR)ödə fəaliyyət göstərən manqa tağım kolonunda hərəkət edir və burada maşınlar bir-birinin ardınca müəyyən edilmiş məsafədə düzülür.

Döyüş nizamı. Döyüş aparmaq üçün manqanın düzülüb yerləşməsidir. Piyada halda keçərkən manqanın döyüş nizamı həmlə sırası zəncirindən və PDM-dən ibarət olur. Zəncirdə əsgərlər arasında ara məsafə 6-8 metr (8-12 addım) olur. Əgər zəncirdə 7 nəfər hücuma keçirsə, onda döyüşçülər arasındakı məsafə manqanın hücum cəbhəsinin eni 50 m-dək olacaqdır. PDM ərazinin relyefindən istifadə etməklə cinahda zəncirin arxasında, bəzən isə zəncirdə irəliləyir və manqaya atəş yardımı göstərir. Zəncir adətən tankların ardınca, öz artilleriya mərmilərinin partlayışlarından şəxsi heyyətin təhlükəsizliyi aşağıdakı kimidir:

  • tanklar üçün 200 m;

  • zirehli maşınlar üçün 300 m;

  • piyadalar üçün 400 m.

PDM-də yerləşən motoatıcı manqa, maşınlar arası məsafədə 100 m-dək olmaqla tağımın döyüş xəttində hücuma keçir. Motoatıcı manqa müdafiə olunanda 100 m-dək enində mövqə düzəldir, ön xətdə və cinahda düşmənin hücumunu dəf edir. PDM-in atəş mövqeyini manqanın mövqeyinin ortasında, cinahda və ya ondan 50 m-dək arxada yerləşdirmək olar. Atəş mövqeyi – atəş açmaq üçün atəş vasitəsinin yerləşdiyi və ya yerləşməsi üçün hazırlanmış yer sahəsinə deyilir.

Mövzu 12: Tank, zirehli maşın və hava hücumu vasitələri ilə mübarizə aparma üsulları

Yüklə 431,5 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin