Fənni üzrə


Tankların təyinatı, növləri və döyüş xassələri



Yüklə 431,5 Kb.
səhifə31/46
tarix10.01.2022
ölçüsü431,5 Kb.
#108031
1   ...   27   28   29   30   31   32   33   34   ...   46
Tankların təyinatı, növləri və döyüş xassələri. Xarici orduların tankları etibarlı zirehə ,yüksək monevr qabiliyyətinə malikdir.Tankdakı silahlar 2 müstəvidə sabitləşdirilmişdir.Tanklara yanğınsöndürmə vasitələri və suyun altında sürmək üçün avadanlıq var.Bəzi tanklarda kumulyativ mərmilərdən mühafizəni təmin edən sipər var.(Azərbaycan Respublikasının SQ-də T-90C, T– 80, T-72 tipli “Aslan”, T-55 tipli tankları var.)

Tankın mərmiləri aşağdakılardır:

1.Zirehdərən mərmi

2.Kumulyativ mərmi

3.Qəlpəli mərmi

4.Qəlpəli – fuqas mərmi

Tank ekipajı 4 və ya 3 nəfərdən ibarət olur.Yeni istehsal olunmuş tanklarda:


  • tankın komandiri (Azərbaycanın T-72, T-80,T-90C )

  • tuşlayıcı operator (ABŞ “Abrams”,AFR‘‘Leopard- 3” )

  • sürücü mexanik

Orta tankların ekipajı isə aşağdakılardır:

  • tankın komandirindən (Rusiyanın T-55,T-62,T-62M)

  • tuşlayıcı operatordan (ABŞ M46,M60 orta tankları)

  • doldurucu (İsrailin “Merkava-II”tankları)

  • mexanik - sürücü (İngiltərənin “Çiften”tankı)

Kumulyativ mərmi – partlayışın təsirinin müəyyən istiqamətdə gücləndirilməsi partlayıcı maddə atımından zədələnəcək obyekt – tərəfə yönəlmiş kumulyativ oyuq düzəldilməsi ilə əldə edilir.(2000-3000‘C temperaturda istilik nəticəsində oyuq yaradır). Zirehdələn mərmi – düşmənin tank və zirehli maşınlarını məhv və fəaliyyətini zəiflətmək məqsədilə istifadə edilir.Qəlpəli – Fuqas mərmi - düşmənin səngərdə,taxtadan düzəldilmiş blindajlar,sığınacaqlarda canlı qüvvəni və zirehli (yüngül)texnikanı məhv etmək məqsədi ilə istifadə edilir. Qəlpəli mərmi - açıq və örtülü sahələrdə düşmən ordularının piyada və maşınlarını məhv etmək üçün istifadə edilir.

Tankın zəif yerləri bunlardır:



  • hərəkət hissələri (tırtıl,aparıcı və yönəldici təkərlər)

  • gövdənin arxa və yan tərəfləri (bortlar)

  • Qüllə

  • Atəşaçma və müşahidə cihazları

  • Topun və pulemyotların lülələri

T-90C tipli tanklar T-72-ləri əvəz etmək üçün istehsal olunmuşdur. Körfəz döyüşündə T-72-lərin ABŞ-ın M1A1 tanklarına qarşı müvəffəqiyyətsiz olması nəticəsində inkişaf etdirilməyə başlanmışdır. Hazırda Rusiya,Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan T-90C-lar, T-72BM tankının yüksək texnologiya məhsulları ilə təchiz olunmuşdur. T-90C tankının döyüş xassəsi:

- İstehsal edən ölkə Rusiya Federasiyası;

- Uzunluğu 9.53 m ; eni 3.57 m; hündürlüyü 2.23 m

- Sürəti 65 km/saat

- Zirehi 830 mm

- Silahları : 1x125 mm Refleks-M tipli yivsiz top; 1x7.62 mm PKT; 1x12.7 mm NSVT hava hücumundan müdafiə pulemyotu

- Çəkisi 46.5-50 ton

- Heyəti: komandir, tuşlayıcı və mexanik sürücü

- Əlavə yanacaq ehtiyatı 550-650 km

- Məsafəsi 375 km

Yüklə 431,5 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin