HHM qoşunları. Düşmən təyyarələrinə və vertolyotlarına qarşı birinci mübarizə vasitəsi HHM qoşunlarının üzərinə düşür. HHM qoşunlarının məqsədi – alcaqdan uçan təyyarələrin hərəkət sürətini azaltmaq ,onlara zərbə vurmaq ,aviasiya qruplaşmalarının qarşısını almaq ,ordu təyyarələrini ,strateji aviasiyanı,uçuş aparatlarını məhv etmək üçün istifadə edilir. (Azərbaycan Respublikasının SQ-də S-300 “Favorit” tipli ZRK, Barak-8 tipli ZRK, “BUK-M1” tipli ÖYZRK, “OSA” tipli ÖYZRK, 9K35 “Strela-10” tipli ZRK, “Arrov-2” tipli israil istehsalı ZRK, Spyder tipli ZRK, “KUB” raket kompleksi, ZSU-23 “Şilka” tipli ZRK və “KRUQ” tipli ZRK və başqa komplekslər mövcuddur ). S-300 “Favorit” tipli ZRK döyüş xassələri:
Düşmənin alçaqdan ucan təyyarə və vertolyotlarına qarşı mübarizə üçün digər zenit vasitələri ilə birlikdə,atıcı silahlardan tətbiq edilir. 400m hündürlükdə uçan təyyarə ,adətən atəş açmaq üçün əlverişli məsafə 500-600 m-dir. Atəş 2 üsulla aparılır :
maneə atəşi - müşayiət atəşi
Maneə atəşi – uçuş sürəti 150m/s –dən artıq olan hdf –lərə tətbiq edilir. Maneə atəşinin mahiyyəti – təyyarənin uçuş istiqaməti qarşısında əvvəlcədən atəş zonası yaradılır,güllələrin uçuş xətti hədəflə kəsişir və onun normal hərəkətinə mane olur. Müşayiət atəşi – yavaş uçan hava hədəfə qarşı tətbiq edilir. Müşayiət atəşin mahiyyəti – atıcılar, silahın nişanlanma xəttini hədəfin uçuş istiqaməti qarşısında gözəyarı hesblanmış qabaqlama məsafəsinə fasiləsiz sürətdə tuşlayır və ən dəqiq tuşlanma anında uzuzn növbələrlə atəş açırlar. Havadakı hədəflərə aşağdakı vəziyyətdə atəş aşılır:
1.yerə uzanaraq 2.dizüstə dayanaraq 3.ayaqüstə
Havada uçan hədəflərə 800-900 m məsafədən atəş açılır. 500m-dək məsafədə qabaqlama 60-80m bərabərdir.