Fənni üzrə


Mövzu:2 Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixi



Yüklə 431,5 Kb.
səhifə4/46
tarix10.01.2022
ölçüsü431,5 Kb.
#108031
1   2   3   4   5   6   7   8   9   ...   46
Mövzu:2 Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixi.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixi. Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir. Xalqımızın minilliklər ərzində yaratdığı dövlətçilik, idarəçilik ənənələri, mədəniyyət bəşər tarixinə layiqli töhfə olmuşdur. Hələ ən qədim dövrlərdə Azərbaycan ərazisində formalaşmış imperiyalar: Manna, Midiya, Atropatena qonşu dövlətlər arasında böyük nüfuza malik olmuş, torpaqları geniş əraziləri əhatə etmişdir.XVI əsr Azərbaycan tarixində Ağqoyunli, Qaraqoyunlu, Şirvanşahlar, Atabəylər və Səfəvilər kimi möhtəşəm qüdrətli bir dövlətlər yaranmışdır.Səfəvi dövləti dünyanın başqa ölkələri ilə diplomatik və iqtisadi əlaqələri olmuşdur. Sadalanan bu dövlətlərin özünə məxsus ordu quruculuğu qaydaları vardır. Azərbaycan xanlıqların ləğvi, onların ixtiyarında olan torpaqlar Rusiya imperiyası tərəfindən işğal olmuşdur.Rusiyada baş verən burja inqilabından sonra 1918-ci il 28 mayında M.Ə.Rəsulzadənin rəhbərliyi altında müstəqil Azərbaycan hökümətinin yaranması ilə bir vaxtda Milli Ordu quruculuğu işinə başladı. 1918-ci il iyunun 26-sı ölkəmizin tarixinə Azərbaycan Demokratik Respublikası Silahlı Qüvvələrinin yaranma günü kimi yazıldı.

1918-ci ilin dekabrın 25-də artilleriya generalı S.Mehmandarov hərbi nazir, dekabrın 29-da isə general-leytenant Ə.Şıxlinski nazir müavini təyin olundu. 1920-ci ilin aprel ayında Azərbaycan Respublikasının SQ-nin 30.000 nəfərə çatmışdır. 1920-ci ilin yazında erməni-bolşevik birləşmələrin səyi nəticəsində Azərbaycan işğal olundu. Bolşevik Rusiyası aprelin 28-də yerli kommunistlərin köməyilə Bakı şəhərini işğal etdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xalqımızın 50.000 nəfərlik say-seçmə övladı güllələndi.

II Dünya müharibəsi dövründə 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhramanı kimi yüksək ad almış, tank qoşunları generall-mayoru Həzi Aslanov isə bu şərəfli ada iki dəfə layiq görülmüşdür.

1918-ci il mayın 28-də yüksələn üçrəngli milli bayrağımız 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş istiqlal bəyannaməsindən sonra yenidən dalğalandı. Çox keçmədən seperatçı-terrorçu qüvvələr tərəfindən Respublikanın Dağlıq Qarabağ vilayətindəki müsəlman əhalisi öldürüldü, yerli əhali öz yuvasından didərgin salındı, Ermənistan SQ-i Şuşa, Kəlbəcər, Laçın, Fizuli və s. rayonlarımızı işğal etmişlər. Bu gün uşaqdan-böyuyədək hamı Qarabağ uğrunda şəhid olmuş igidlərəri, Azərbaycan Milli Qəhramanları- məsləki uğrunda can verən polkovnik-leytenant Şirin Mirzəyevi, insanların xilası naminə həyatından keçən Xocalı aeroportunun rəisi Əlif Hacıyevi , hünərinə görə dastan qoşulan tabor komandiri Asif Məhərrəmovu və yüzlərlə başqalarını qürurla yad edirlər. Ordu quruculuğunda həmişəki kimi qardaş Türkiyənin böyük yardımları oldu.Azərbaycan Respublikası NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu. Ümummilli lider Heydər Əliyev Ali Baş Komandan kimi bu vacib məsələyə gündəlik qayğı göstərildi. Bu gün Milli Ordumuz ölkəmizin sərhədlərini hər hansı düşmən basqınından qorumağa, müharibə yolu ilə işğal olunmuş torpaqlarımızı azad etməyə qadirdir.


Yüklə 431,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin