Mövzu 4: Vətənpərvərlik anlayışı. Ordenlər. Döyüşdə fərqlənməyə və hərbi xidmətə görə fəxri mükafatlar. Vətənpərvərlik anlayışı.Hazırki dövrdə Azərbaycan Rüspublikası SQ-də tərbiyəvi işə mənəvi psixoloji təminata ümumi rəhbərliyi komandirlər həyata keçirirlər. Vətənpərvərlik hissi qədim tarixə malikdir. Əsası sinifsiz cəmiyyətdə, mağara adamları tərəfindən qoyulmuşdur. Vətəndaşlıq, vətən borcu şağirdlərdə kiçik yaşlarından, ailədən başlayır. Rəhbər aşağıdakı əsas kefiyyətlərə malik olmalıdır:
şəxsi nümunə göstərməklə adamları idarə etməli;
şəxsiyyətə hörmətlə yanaşmalı;
işində tələbkar və qətiyyətli olmaq;
sözünə sadaqətli olmalı;
işgüzar ruh yüksəkliyi saxlamalı;
Hərbi kollektivin rəhbəri sosial lider olmalıdır. Mənəvi-əxlaqi siması, peşə ustalığı nə qədər yüksək olarsa, rəhbər öz öhdəsinə düşən vəzifələri bir o qədər bacarıqla yerinə yetirmək. Əxlaqi hisslər kimi borc hissi insanın cəmiyyət, kollektiv qarşısında öz vəzifəsini dərk etməsidir. Borc hissi insanda formalaşdöqca, o, öz vətəndaşlıq vəzifəsini, Vətən, kollektiv qarşısında borcunu dərk etməklə kifayətlənmir, eyni zamanda bunlarla qəlbdən yaşayır və öz işinə, hərəkətinə tələbkarlıqla yanaşır. İnsan öz borcunu yerinə yetirməklə daxilən rahatlıq hiss edir, işindən, davranışından razı qalır. Humanitar və sosial-iqtisadi fənnləin bütün kompleksinin öyrənilməsi nəticəsində aşağıdakılardan ibarətdir:
cəmiyyətin mövcud olmasının ümumi qanunlarını
müasir tarixi vəziyyətin xüsusiyyətlərini və cəmiyyətin inkişaf prespektivlərini;
tərbiyəvi işin nəzəriyyə və praktikasının metodiki əsaslarını
hərbi kollektivlərdə sosialoji nəzəriyyənin metodiki əsaslarını
pedaqoji biliklərə, bacarıq və vərdişlərə malik olmaq
kitabxanaların, teleradio mərkəzlərinin işini təşkil etmək
çap nəşrlərindən düzgün istifadə etmək
tərbiyəvi işi təşkil etmək, keçirmək məqsədilə yerli dövlət, hakimiyyət orqanları, ictimai təşkilatlar və hərəkatlarla qarşılıqlı əlaqə saxlamaq
rayonlarda sosial-siyasi vəziyyəti təhlil etmək
hərbi intizamın vəziyyətini təhlil etmək
qanun pozuntularının qarşısını almaq məqsədilə tədbirlər təşkil etmək
hərbi qulluqçuların ailə üzvlərinin, mülki heyəti ehtiyaclarını öyrənmək
hərbi qulluqçulara izahetmə işləri aparmaq
hərbi qulluqçuların ailə üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq
Hərbi qulluqçunun mənəvi-psixoloji hazırlığı xalqın tarixi irsinə və dünyəvi dəyərlərə söykənməlidir. Mənəvi-psixoloji hazırlıq şəxsi heyətin dəyanəti, yəni onun döyüş tapşırığını yerinə yetirmək, gərgin və təhlükəli şəraitdə fədakarlıq göstərmək, vətənpərvərlik əqidəsinə sadiq, təmkinli, dözümlü olmaq qabiliyyətinin formalaşması nəzərdə tutur. Vətən sevgisi, vətənpərvərlik hər kəsin borcudur. Hərbi qulluqçu Vətənin silahlı müdafiəçisidir. Hərbi qulluqçulara hər an Azərbaycan Respublikasının silahlı müdafiəsinə hazır olmaq, lazım gəldikdə respublikamızı müdafiə etmək həvalə olunmuşdur. Hərbi qulluqçu vətənpərvər insandır. O, vətəni, doğma torpağını sevir. Vətənpərvər Vətənin şüurlu səviyyədə sevən, hər an müdafiəsinə qalxan, Vətən naminə istənilən çətinliklərə dözməyə və fədakarlığa hazır olan insandır. Vətənpərvərlik – Vətən müdafiəsinin ən başlıca kefiyyətidir, bu kefiyyətə malik olmayan hallarda o, sadəcə bir muzdluya çevrilə bilər. Vətənpərvər Hərbi Anda sadiq qalmaqla Vətəninə, xalqına fədakarlıqlaxidmət edər, qanını, hətta canını əsirgəmədən Azərbaycan Respublikasının müdafiəsində öz borcunu rəşadətlə, bütün çətinliklərə dözərək yerinə yetirə bilər. Namuslu, vicdanlı, ləyaqətli olmaq hərbi qulluqçunun əsas kefiyyətlərindəndir. Hərbi qulluqçu özünün Vətən müdafiəçisi adını şərəflə daşıya bilməsi üçün aşağıdakı kefiyyətlərə malik olmalıdır:
hərbi qulluqçu Vətənin müdafiəsi üçün şəxsi məsuliyyətini dərk etməlidir
hərbi qulluqçu hərbi xidmətin əsas mahiyyəti barədə ordunun döyüş imkanlarına malik olmalı
hərbi qulluqçu dinc dövrdə və müharibədə özünün xidməti vəzifələrini yerinə yetirməyə hazır olmalı
hərbi qulluqçu istənilən şəkildə Hərbi Andı, Azərbaycan Respublikası Konstitusiyasının, hərbi nizamnamələrin tələblərini yerinə yetirməyə hazır olmalıdır
hərbi qulluqçu Azərbaycan SQ-nin, öz hərbi hissənin döyüş şöhrəti ilə fəxr etməli, Döyüş bayrağının şərəfini, Azərbaycan əsgəri adını yüksək tutmalı, döyüş ənənələrinə hörmətlə yanaşmalıdır.