##Fənnin adı: Azərbaycan dili ##Bölmə: Azərbaycan


##num= 16// level= 1// sumtest=20 // name= Cümlənin ikinci dərəcəli üzvləri //



Yüklə 1,44 Mb.
səhifə16/22
tarix24.02.2020
ölçüsü1,44 Mb.
#102168
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

##num= 16// level= 1// sumtest=20 // name= Cümlənin ikinci dərəcəli üzvləri //


1. “Mən az görməmişəm bu sarayları, Burda göyə çıxan ahu - vayları” cümləsində “az” sözü hansı cümlə üzvüdür?

A) zərflik

B) mübtəda

C) xəbər

D) təyin

E) tamamlıq

2. Verilmiş cümlədə neçə tamamlıq var?

Maşallah kişi qonşuluqdakı dükandan uşaqları üçün konfet, peçenye, halva, qoz və fındıq aldı”.



A) 3

B) 2

C) 6

D) 5

E) 7

3. Verilmiş nümunədə cümlə üzvlərinin ardıcıllığı hansı cərgədə düzgün verilmişdir?

Bəzən uca, bəzən asta

Ötür sazım min sim üstə (S. V) .

A) zərflik, zərflik, zərflik, zərflik, xəbər, mübtəda, təyin, zərflik

B) təyin, zərflik, xəbər, təyin, mübtəda

C) zərflik, xəbər, zərflik, təyin, təyin, mübtəda

D) təyin, zərflik, xəbər, mübtəda, təyin

E) təyin, tamamlıq, xəbər, zərflik, mübtəda

4. Verilmiş cümlələrdə “elə” sözü hansı cümlə üzvüdür?

Elə gözəl var bunların içində”.

Elə gəl, elə get, aralıqda söz olmasın”.

Elə güvən, obaya arxalan”.



A) təyin, təyin, tamamlıq

B) zərflik, zərflik

C) zərflik, təyin, zərflik

D) cümlə üzvü deyil

E) təyin, zərflik, tamamlıq

5. ”El arasında öz təmizliyi, namus əsiri olması ilə tanınmış Sürəyya xanım bu vaxt çay qırağında paltar yuyurdu“.

Cümlə üzvlərinin ardıcıllıqla düzülüşü hansı bənddədir?

A) təyin, mübtəda, zaman zərfliyi, yer zərfliyi, tamamlıq, xəbər

B) yer zərfliyi, təyin, mübtəda, yer zərfliyi, xəbər

C) yer zərfliyi, təyin, mübtəda, zaman zərfliyi, tamamlıq, xəbər

D) təyin, mübtəda, zaman və yer zərfliyi, mübtəda, xəbər

E) yer zərfliyi, tamamlıq, təyin, zaman, yer zərfliyi, xəbər

6. “Oğlundan ilk dəfə belə sözləri eşidən Nəbi fərəhlənirdi”.

Cümlə üzvlərinin ardıcıllığı hansı bənddə düzgün göstərilib?

A) təyin, mübtəda, xəbər

B) tamamlıq, təyin, mübtəda, xəbər

C) tamamlıq, zaman zərfliyi, mübtəda, xəbər

D) təyin, təyin, tamamlıq, mübtəda, xəbər

E) təyin, zaman zərfliyi, təyin, tamamlıq mübtəda, xəbər

7. Təyinin əsas məna növlərinə aid deyil.

1 - keyfiyyət 2 - miqdar 3 - zaman 4 - iş 5 - sıra 6 - nitq 7 - hərəkət 8 - məkan

A) 3, 7

B) 1, 8

C) 5, 8

D) 2, 8

E) 4, 6

8. Üçüncü növ təyini söz birləşmələri hansı nümunələrdə cümlənin ikinci dərəcəli üzvü vəzifəsində işlənmişdir?

1 - Kəndin baş küçəsində alovu göylərə qalxan tonqal qalanmışdı. 2 - Öz qədrini bilməyən adamın mərdliyində nöqsan var. 3 - Kür qırağının əcəb seyrangahı var. 4 - Mənim tanrım gözəllikdir, sevgidir. 5 - Şər qarışanda karvansaranın həyətinə çatdıq.

A) 1, 2, 5

B) 1, 5

C) 2, 3

D) 3, 5

E) 4, 5

9. Vasitəsiz tamamlığı ikinci növ təyini söz birləşməsi ilə ifadə olunan cümlələri göstərin.

1 - İstəyirdim ki, qəlbimdə çırpınan sevda səsini eşidəsən.

2 - Kür qırağının əcəb seyrangahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur.

3 - Vətən oğlu, ayağa qalx, torpağı düşmənlərdən qoru.

4 - Biz dağın ən uca zirvəsində əzəmətlə dalğalanan Azərbaycan bayrağı gördük.

5 - Səhər - səhər bulaq suyu içmək sağlamlıqdır.

A) 1, 4

B) 2, 4

C) 3, 4

D) 4, 5

E) 1, 5

10. “O zaman qarşıdakı sahildən nə isə gurultu ilə gölə düşdü” cümləsinin sintaktik təhlil sxemini müəyyənləşdirin.

1 - mübtəda 2 - xəbər 3 - təyin

4 - tamamlıq 5 - zərflik

A) 5 - 3 - 5 - 1 - 5 - 5 - 2

B) 5 - 5 - 1 - 3 - 5 - 2

C) 3 - 3 - 5 - 5 - 1 - 2

D) 5 - 3 - 1 - 5 - 5 - 2

E) 5 - 3 - 4 - 1 - 5 - 2

11. Hansı cümlələrdə mürəkkəb tamamlıq işlənmişdir?

1 - Yadlar mərhəmətinə sığınmaq od gəlninə yaraşmaz.

2 - Başının üstündən uçan durna qatarı onu fikirdən ayırdı.

3 - “Qarabağ şikəstəsi” ürəkləri hüznlə doldururdu.

4 - Həyətdə səs - küy salanları yaxaladılar.

5 - Şahmar bəy qoşalüləni hazır saxladı.

6 - Biz ağacın altında, yaşıl otların üstündə oturmuşduq.

A) 1, 4

B) 1, 5

C) 4, 5

D) 2, 3

E) 5, 6

12. “İnci tək sözlər seç, az danış, az din” cümləsinin sintaktik təhlil sxemini müəyyənləşdirin.

1 - mübtəda 2 - xəbər

3 - təyin 4 - tamamlıq

5 - zərflik

A) 3 - 4 - 2 - 5 - 2 - 5 - 2

B) 5 - 1 - 2 - 5 - 2 - 5 - 2

C) 3 - 1 - 2 - 5 - 2 - 5

D) 3 - 3 - 1 - 2 - 5 - 2

E) 1 - 4 - 2 - 5 - 2 - 5 - 2

13. Verilmiş cümlədə işlənmiş cümlə üzvlərinin düzgün ardıcıllığı hansı bənddədir?

Onun həsrət qarışıq böyük bir sevinclə qoxulayaraq bağrına basdığı bu güllər Vətən torpağından idi“.



A) təyin, təyin, mübtəda, xəbər

B) tamamlıq, təyin, mübtəda, xəbər

C) tamamlıq, təyin, tərzi - hərəkət zərfliyi, mübtəda, xəbər

D) zaman zərfliyi, tərzi - hərəkət zərfliyi, təyin, xəbər

E) təyin, mübtəda, xəbər

14. «Bu dəfə təpənin üstündə yerləşən evdən uşaqlara Novruz payı verildi» cümləsinin sintaktik təhlil sxemini ardıcıllıqla göstərin.

1 - mübtəda 2 - xəbər 3 - tamamlıq 4 - təyin 5 - zərflik

A) 5 - 4 - 5 - 3 - 1 - 2

B) 5 - 3 - 5 - 1 - 2

C) 5 - 4 - 5 - 3 - 3 - 2

D) 5 - 5 - 3 - 1 - 2

E) 5 - 4 - 3 - 3 - 1 - 2

15. «Bu dəfə təpənin üstündə yerləşən evdən uşaqlara Novruz payı verildi» cümləsinin sintaktik təhlil sxemini ardıcıllıqla göstərin.

1 - mübtəda

2 - xəbər

3 - tamamlıq

4 - təyin

5 - zərflik

A) 5 - 4 - 5 - 3 - 1 - 2

B) 5 - 3 - 5 - 1 - 2

C) 5 - 4 - 5 - 3 - 3 - 2

D) 5 - 5 - 3 - 1 - 2

E) 5 - 4 - 3 - 3 - 1 - 2

16. «Yaxındakı evin damına iki sərçə qonmuşdu» cümləsinin sintaktik təhlil sxemini ardıcıllıqla göstərin.

1 - mübtəda

2 - xəbər

3 - tamamlıq

4 - təyin

5 - zərflik

A) 4 - 3 - 4 - 1 - 2

B) 4 - 5 - 4 - 3 - 2

C) 5 - 4 - 1 - 2

D) 4 - 5 - 4 - 1 - 2

E) 3 - 4 - 1 - 2

17. Uyğunluğu müəyyən edin.

I Nəticə obyekti bildirən vasitəsiz tamamlıq II Vasitəli tamamlıq III Tam dəyişikliyə uğrayan vasitəsiz tamamlıqlar

1 - Dərdə bax, millətə bax, niyyətə bax, Ölülərdən ölülər feyz alacaq.

2 - Sahibkarlar şəhərin mərkəzində bir - birindən hündür binalar tikir.

3 - Xanın fərraşları qoca qarının komasını yerlə yeksan etdilər.

4 - Rasim Kamil məllimin yasəmən agacında qaranquş balası üçün tikdiyi yuvanı uçurdu.

5 - Firudun qəzetləri gözdən keçirə - keçirə dostuna qulaq asırdı.

A) I 2; II 1, 5; III 3, 4

B) I 2, 3; II 1, 4; III 5

C) I 2, 4; II 3, 5; III 1

D) I 4; II 1, 2; III 3, 5

E) I 5; II 1, 3; III 2, 4

18. Təyinin növləri ilə bağlı uyğunluğu müəyyən edin.

I Zaman təyinləri II Maddilik təyinləri III Hərəkət təyinləri

1 - Döymə taxta qapımı, döyməyim dəmir qapını. 2 - Sizin güldüyünüz çoban torpağı Nizamilər, Füzulilər yetirmiş. 3 - Kənd camaatı axşamkı hadisədən bir - birinə dəymişdi. 4 - Onun ayağında uzunboğaz rezin çəkmə, əynində göy mahud palto, başında yelənli qara kalağayı var idi. 5 - Dünənki əhvalat nağıl kimi xalqın ağzına düşmüşdü. 6 - Dünən mənə öz əlində Gül gətirən bir gəlin də Heykəl kimi dayandı lal…

A) I 3, 5; II 1, 4; III 2, 6

B) I 2, 3; II 1, 6; III 4, 5

C) I 1, 5; II 3, 6; III 2, 4

D) I 5, 6; II 3, 4; III 1, 2

E) I 4, 5; II 1, 2; III 3, 6

19. Zərfliyin məna növləri ilə bağlı uyğunluğu müəyyən edin.

I Səbəb zərfliyi II Miqdar zərfliyi III Zaman zərfliyi

1 - Gəzmişəm çölləri gül darıxanda, Bulud göz yaşını yerə sıxanda. 2 - Yollara baxmaqdan gözlərim axdı. 3 - Onun çatılmış qaşlarını və iti baxışlarını görüncə tez gözlərini döndərdi. 4 - Gün iki cida boyu qalxmışdı. 5 - Azadlıq uğrunda mübarizəyə qalxdığı üçün onu Sibirə sürgün etdilər. 6 - Əlli yol çapıllam, yüz yol talannam, Bir şey deyil dövlət, mal, incimərəm.

A) I 2, 5; II 4, 6; III 1, 3

B) I 1, 2; II 3, 4; III 5, 6

C) I 2, 4; II 1, 5; III 3, 6

D) I 3, 5; II 2, 4; III 1, 6

E) I 5, 6; II 1, 4; III 2, 3

20. Uyğunluğu müəyyən edin.

I “Müharibə ərəfəsində böyük bir mədən müdiri idi”.

II “Onlara ziyan gələcəyindən qorxub Allahdan kömək istədim”.

1 - Ay Günün istehzasından utanaraq üzünü gizlədi.

2 - Orta əsrlərdə poemalar, əsasən, məsnəvi şəklində yazılırdı.

3 - Sitarə bunu görüb atasından qalmış həmin mülkü, bağı satmışdı.

4 - Qış gecələri isti otağımda nənəmin nağıllarına qulaq asırdım.

5 - Çalbayır dağları yaz aylarında min bir rəngə çalırdı.

A) I 2, 4, 5; II 1, 3 53

B) I 2, 3; II 1, 4, 5

C) I 4, 5; II 1, 2, 3

D) I 3, 5; II 1, 2, 4

E) I 1, 2, 4; II 3, 5

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin