##num= 10// level= 1// sumtest=29 // name= Feil //
1. “Məclisdə çox sağlıqlar deyildi” cümləsində feil hansı növdədir?
A) qayıdış növ
B) məlum növ
C) məchul növ
D) qarşılıq - birgəlik növ
E) icbar növ
2. Feili bağlama hansı cümlə üzvü vəzifəsində işlənir?
A) zərflik
B) tamamlıq, xəbər
C) təyin
D) xəbər
E) zərflik, xəbər
3. Verilmiş şeir parçasında neçə feil işlənmişdir?
Bir biz idik, bir düz idi, bir də al boya…
Dağda, düzdə uçan quşlar endilər çaya
Sən dedin ki: "Bütün dünya qoy dönsün toya! "
Ürəyimdə kaman kimi tellər oynadı,
Çaldı qaval, uzaq kənddə ellər oynadı.
A) 5
B) 4
C) 7
D) 6
E) 3
4. “Yaratmaq” feili hansı leksik məna növünə daxildir?
A) iş feili
B) nitq feili
C) hərəkət feili
D) təfəkkür feili
E) hal - vəziyyət feili
5. “Onlar danışa - danışa bizə tərəf gəlirdilər” cümləsində “danışa - danışa” sözü nədir?
A) feili bağlama
B) isim
C) feili sifət
D) sifət
E) zərf
6. Verilmiş şeir parçasında neçə fel işlənmişdir?
Zümrüd gözlərini görsünlər deyə,
Şamlar boy atmışdır, uzanmış göyə.
Keçmişdir onlara qəzəbin niyə?
Düşmüşlərdir səndən aralı, Göy göl.
A) üç
B) beş
C) altı
D) yeddi
E) dörd
7. “Qaçırmaq” sözündəki - ır şəkilçisinin növünü göstərin.
A) təsirlilik şəkilçisi
B) məchul növ şəkilçisi
C) qayıdış növ şəkilçisi
D) adlardan feil düzəldən leksik şəkilçi
E) indiki zaman şəkilçisi
8. Verilmiş şeir parçasında neçə feil işlənmişdir?
Demə ki, yorğunam, ya qocalmışam,
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol - qola!
A) beş
B) üç
C) dörd
D) bir
E) iki
9. “Avropada belə daş yoxdur, gərək onu Qafqazdan oraya aparaq” cümləsində feilin şəklini müəyyənləşdirin.
A) arzu
B) xəbər
C) əmr
D) lazım
E) vacib
10. Düzəltmə feillər hansılardır?
1 - bağlamaq
2 - sınamaq
3 - itiləmək
4 - ağlamaq
5 - söyləmək
A) 1, 3
B) 2, 4, 5
C) 2, 4
D) 1, 3, 5
E) 2, 3, 5
11. Sadə feillər hansılardır?
1 - bağlamaq 2 - sınamaq 3 - itiləmək 4 - ağlamaq 5 - söyləmək
A) 2, 4, 5
B) 1, 3
C) 2, 4
D) 1, 3, 5
E) 2, 3, 5
12. Hansı cümlələrdə feil qeyri - qəti gələcək zamanda işlənmişdir?
1 - Özü yıxılan ağlamaz. 2 - Telefon xətti işləmir. 3 - Qalmaz belə, qalmaz dünya
4 - İndi Sabir də gələcək. 5 - Xoş gəlmişsiniz.
A) 1, 3, 5
B) 2, 4, 5
C) 2, 4
D) 1, 3
E) 2, 3, 5
13. Hansı xüsusiyyətlər feili sifətə aid deyildir?
1 - Zamana və şəxsə görə dəyişir.
2 - Həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyır.
3 - Cümlənin feili xəbəri olur.
4 - Cümlədə, əsasən, təyin vəzifəsində işlənir.
5 - Tərkib əmələ gətirərək bütövlükdə cümlənin mürəkkəb üzvü olur.
A) 1, 3
B) 2, 4, 5
C) 2, 4
D) 1, 3, 5
E) 2, 3, 5
14. Hansı xüsusiyyətlər feili sifətə aiddir?
1 - Zamana və şəxsə görə dəyişir.
2 - Həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyır.
3 - Cümlənin felii xəbəri olur.
4 - Cümlədə, əsasən, təyin vəzifəsində işlənir.
5 - Tərkib əmələ gətirərək bütövlükdə cümlənin mürəkkəb üzvü olur.
6 - Substantivləşə bilmir.
A) 2, 4, 5
B) 1, 3, 6
C) 2, 4, 6
D) 1, 3, 5
E) 2, 3, 5
15. Hansı feillər icbar növdədir?
1 - ölçdürmək
2 - utandırmaq
3 - aldırmaq
4 - yandırmaq
5 - dindirmək
A) 1, 3
B) 2, 4, 5
C) 2, 4
D) 1, 3, 5
E) 2, 3, 5
16. Düzəltmə feillər hansılardır?
1 - közərmək
2 - qızarmaq
3 - göyərmək
4 - gəbərmək
5 - becərmək
A) 2, 4
B) 2, 4, 5
C) 1, 3
D) 1, 3, 5
E) 2, 3, 5
17. Sadə feillər hansılardır?
1 - közərmək
2 - qızarmaq
3 - göyərmək
4 - gəbərmək
5 - becərmək
A) 2, 4, 5
B) 1, 3
C) 2, 4
D) 1, 3, 5
E) 2, 3, 5
18. Verilmiş feillərdən hansılar qarşılıq - birgəlik növdədir?
1 - salamlaşmaq 2 - vidalaşmaq
3 - itələşmək 4 - dostlaşmaq
5 - sözləşmək
A) 1, 3
B) 2, 4, 5
C) 2, 4
D) 1, 3, 5
E) 2, 3, 5
19. Təsirli feliləri ardıcıllıqla göstərin.
1 - mənimsəmək 2 - vidalaşmaq 3 - tərifləmək
4 - yerimək 5 - xırdalamaq
A) 1, 3, 5
B) 2, 4
C) 2, 4, 5
D) 1, 3
E) 2, 3, 5
20. Təsirsiz feilləri ardıcıllıqla göstərin.
1 - mənimsəmək 2 - vidalaşmaq 3 - tərifləmək
4 - yerimək 5 - xırdalamaq
A) 2, 4, 5
B) 1, 3, 5
C) 2, 4
D) 1, 3
E) 2, 3, 5
21. Sadə feilləri ardıcıllıqla göstərin.
1 - danlamaq 2 - yorulmaq 3 - saralmaq 4 - dağlamaq 5 - saxlamaq
A) 1, 3, 5
B) 2, 4
C) 2, 4, 5
D) 1, 3
E) 2, 3, 5
22. Düzəltmə feilləri ardıcıllıqla göstərin.
1 - qaldırmaq
2 - sındırmaq
3 - yaşınmaq
4 - sökdürmək
5 - dindirmək
A) 2, 4
B) 1, 3, 5
C) 2, 4, 5
D) 1, 3
E) 2, 3, 5
23. Düzəltmə feilləri ardıcıllıqla göstərin.
1 - danlamaq 2 - yorulmaq 3 - saralmaq
4 - dağlamaq 5 - saxlamaq
A) 2, 4
B) 1, 3, 5
C) 2, 4, 5
D) 1, 3
E) 2, 3, 5
24. Uyğunluğu tapın.
I – Yalnız zaman şəkilçisi kimi işlənir
II – Həm zaman şəkilçisi kimi, həm də təsirlilik şəkilçisi kimi işlənir
III – Yalnız təsirlilik şəkilçisi kimi işlənir
A - - ır ( - ir, - ur, - ür)
B - - mış ( - miş, - muş, - müş)
C - - ar ( - ər)
D - - ıt ( - it, - ut, - üt)
E - - dır ( - dir, - dur, - dür)
A) I – B, C; II – A; III – D, E
B) I – B, E; II – A, C; III – D
C) I – B; II – A, C; III – D, E
D) I – A, C; II – B; III – D, E
E) I – D, E; II – A, C; III - B
25. Uyğunluğu tapın.
1 – feil şəkillərinin hekayəsi
2 – feil şəkillərinin rəvayəti
3 – feil şəkillərinin şərti
A - gəlsə idi
B - gəlməli imiş
C - gələsi imiş
D - gələsi idi
E - gəlməlidirsə
A) 1 – A, D; 2 – B, C; 3 – E
B) 1 – A, C; 2 – B, D; 3 – E
C) 1 – A; 2 – B, D; 3 – C, E
D) 1 – A, D; 2 – B; 3 – C, E
E) 1 – B, C; 2 – A, D; 3 – E
26. Uyğunluğu tapın.
“Yazdırılacaqdır” feilinin morfoloji təhlilində:
1 – doğru fikirlər
2 – səhv fikirlər
A - Sözün kökü yaz(maq) , kökdən sonrakı - dır təsirlilik şəkilçisidir.
B - Düzəltmə feildir, - ıl məchul növ şəkilçisidir.
C - Təsriflənən feildir, xəbər şəklinin qeyri - qəti gələcək zamanındadır.
D - Təsirsiz feildir, təsdiqdədir.
E - III şəxsin təkindədir, sondakı - dır xəbərlik şəkilçisidir.
A) 1 – A, B, D; 2 – C, E
B) 1 – A, C, E; 2 – B, D
C) 1 – B, D; 2 – A, C, E
D) 1 – B, C, D; 2 – A, E
E) 1 – B, E; 2 – A, C. D
27. Uyğunluğu tapın.
1 – sadə feillər
2 – düzəltmə feillər
A - qoparmaq
B - qovurmaq
C - genəlmək
D - becərmək
E - çıxarmaq
A) 1 – B, D; 2 – A, C, E
B) 1 – A, C, E; 2 – B, D
C) 1 – A, B, D; 2 – C, E
D) 1 – B, C, D; 2 – A, E
E) 1 – B, E; 2 – A, C. D
28. Uyğunluğu tapın.
“Axıdılmışdır” feilinin morfoloji təhlilində:
1 – doğru fikirlər
2 – səhv fikirlər
A - - t təsirlilik şəkilçisidir, burada t samiti d samitinə çevrilmişdir.
B - - ıt feil düzəldən şəkilçidir, burada t d - ya çevrilmişdir.
C - «Axıt» sözün köküdür, - ıl məchul növ şəkilçisidir.
D - - ıl məchul növ şəkilçisidir.
E - - mış feil şəkillərinin rəvayətinin qısaldılmış formasıdır.
A) 1 – A, B, D; 2 – C, E
B) 1 – A, C, E; 2 – B, D
C) 1 – B, D; 2 – A, C, E
D) 1 – B, C, D; 2 – A, E
E) 1 – B, E; 2 – A, C. D
29. Uyğunluğu tapın.
1 - Təsirli feillər
2 - Təsirsiz feillər
A - çalxamaq
B - gecikmək
C - saxlamaq
D - gülümsəmək
E - daramaq
A) 1 – A, C, E; 2 – B, D
B) 1 – B, D; 2 – A, C, E
C) 1 – A, B, D; 2 – C, E
D) 1 – B, C, D; 2 – A, E
E) 1 – B, E; 2 – A, C. D
Dostları ilə paylaş: |