##num= 13// level= 1// sumtest=20 // name= Sintaksis. Söz birləşmələri //
1. Hansı cümlənin xəbəri feili birləşmə ilə ifadə olunmuşdur?
A) Ən aldadılmış insan nağdını nisyəyə dəyişəndir.
B) Yaşamaq yanmaqdır, yanasan gərək.
C) Sən göndərilmiş deyil, göndərənsən.
D) Ədalətli ol ki, ədalət məhkəməsinə işin düşməsin.
E) Onun ən böyük arzusu oxumaqdır.
2. Hansı cümlənin xəbəri feili birləşmə ilə ifadə olunmuşdur?
A) Elm qaranlıqlardan gözə nur saçan, gücsüzlükdən bədənə güc verəndir.
B) Elmi bilməyənə öyrətmək sədəqədir.
C) Elm düşmənlərə qarşı silah, dost yanında zinətdir.
D) Ədalətli ol ki, ədalət məhkəməsinə işin düşməsin.
E) Onun ən böyük arzusu oxumaqdır.
3. Cümlədə hansı söz birləşməsi işlənib və sintaktik vəzifəsi nədir?
“Nadan üçün hər şeyi qorumaq özünü öz nadanlığından qorumaqdan daha asandır”.
A) məsdər birləşməsi – mübtəda, tamamlıq
B) məsdər birləşməsi – tamamlıq, tamamlıq
C) II növ ismi birləşmə - tamamlıq
D) məsdər birləşməsi – mübtəda, xəbər
E) birləşmə yoxdur
4. Feili bağlama tərkibi cümlənin hansı üzvüdür?
“Onda təqsir görməyin, bax, o böyük Allah da öz evinə çağırmır insan yoxsul olanda”.
A) xəbər
B) tamamlıq
C) zərflik
D) təyin
E) tərkib yoxdur
5. Hansı feili birləşmədə asılı tərəf hərəkətin subyektini bildirir?
A) əsgərlər yola düşəndə
B) ucadan gülmək
C) otağı səliqəyə salmaq
D) çox danışan
E) məktubu yola salmaq
6. Biri ismi birləşmənin əsas tərəfi kimi işlənmir:
A) sifət
B) isim
C) feli bağlama
D) məsdər
E) feli sifət
7. Hansılar sərbəst söz birləşməsidir?
1 - dərsə gedən 2 - sərvaxt olmaq 3 - yaxşı oxumaq
4 - dilə tutmaq 5 - bel bağlamaq 6 - sürətlə qaçmaq
A) 1, 3, 6
B) 1, 3, 4, 5, 6
C) 1, 3, 5, 6
D) 2, 4, 6
E) 1, 2, 4, 6
8. Verilmiş nümunələrin neçəsi təsirlik hallı feili birləşmədir?
Düzgün bəndi müəyyənləşdirin.
1 - düşündüklərini açıq yazan 2 - söz demək
3 - el qədrini bilənlər 4 - gözləyənləri azad etmək
5 - küçələri sulayanda 6 - axşam düşəndə
7 - şeir yazanda 8 - yaz ayları gələndə
A) 1, 2, 3, 4, 5, 7
B) 2, 3, 4, 6
C) hamısı
D) 5, 6, 7, 8
E) 4, 5, 8
9. Feili birləşmələri göstərin.
1 – torpağı qoru 2 – torpağı qoruyanda 3 – torpağı qorumalıyıq
4 – torpağı qorumaq 5 – ana yurdu sevən
A) 2, 4, 5
B) 2, 3
C) 1, 5
D) 2, 5
E) 4, 5
10. Təyini ismi birləşmə ilə ifadə olunmuş cümləni göstərin.
1 - Kənd mollası Səməndər məclisə daxil olanda, elə bil, qurbağa gölünə daş atdılar.
2 - Ər axar çaydır, arvad isə bənd.
3 - Həyatdan dərs ala bilməyən adama heç kəs dərs verməməlidir, çünki əməyi hədər gedər.
4 - Bu sözlər əcəm şahlarının şahı Ənuşirəvan Adilin dilindən deyilmişdir.
5 - Bu il yaman quraqlıq oldu, taxıl yandı.
6 - Yeni il qoy hamıya uğur, xeyir - bərəkət gətirsin.
7 - Tələbəni incidən şəxsə mələklər lənət oxuyarlar .
A) 1, 4
B) 2, 3, 6
C) 3, 7
D) 1, 3, 4
E) 5, 6
11. Əsas tərəfi məsdərlə ifadə olunmuş sərbəst birləşməni göstərin.
1 - elm öyrətmək 2 - oxumağın faydası 3 - alışıb - yanmaq
4 - yola salmaq 5 - rəhm etmək 6 - sahilə çatmaq
A) 1, 6
B) 2, 3, 6
C) 1, 4, 5
D) 4, 5
E) 3, 4, 6
12. Hansı birləşmələr həm sabit, həm də sərbəst söz birləşməsi kimi işlənə bilər?
1 - yola düşmək 2 - əldən düşmək 3 - sərin su
4 - axırına çıxmaq 5 - dilotu yemək 6 - dil - dil ötmək
7 - burnunun ucu göynəmək
A) 1, 2, 4, 7
B) 2, 4, 5, 7
C) 3, 5, 7
D) 1, 2, 6
E) heç biri
13. Əvvəl yanlış, sonra düzgün mühakimələri ardıcıllıqla düzün.
1 - Feillər ismin yiyəlik halı ilə əlaqədər olur və onu idarə edir.
2 - Feil olmayan nitq hissələri ilə idarə də mümkündür.
3 - Sərbəst söz birləşmələrinin tərəfləri arasındakı sintaktik əlaqələr təsiredici vəziyyətdə olmur.
4 - Sərbəst söz birləşmələrini əmələ gətirən sözlər leksik - semantik müstəqilliyini tamamilə saxlayır.
5 - Söz birləşmələrinin hər komponentinə ayrılıqda sual vermək olur.
6 - Söz birləşmələrinin tərəfləri arasındakı sintaktik əlaqələri əmələ gətirən qrammatik vasitələr dinamik xüsusiyyət daşıyır.
7 - Yiyəlik halın idarəsində feili sifət və məsdərlər ad kimi çıxış edir.
A) 1, 3, 2, 4, 5, 6, 7
B) 3, 4, 1, 2, 5, 6, 7
C) 2, 4, 1, 3, 5, 6, 7
D) 5, 6, 1, 2, 3, 4, 7
E) 1, 2, 3, 4, 5, 6, 7
14. Verilmiş cərgələrdə əsas tərəfi məsdər, sonra feili sifət və daha sonra feili bağlama ilə ifadə olunmuş feili birləşmələri ardıcıllıqla düzün.
1 - məktəbdə oxuyan 2 - dağdan enən 3 - evə getmək
4 - oxuyan bülbül 5 - sən güləndə 6 - oxumaq arzusu
7 - quşların oxumağı 8 - işləməyən dişləməz 9 - çox bilib az danışmaq
10 - mənim yazdığım
A) 1, 2, 4, 6, 10, 8, 4, 7
B) 3, 6, 7, 1, 2, 10, 4, 5
C) 3, 9, 1, 2, 10, 5
D) 3, 4, 9, 1, 2, 10, 5, 7
E) 3, 9, 1, 2, 4, 10, 5, 8, 9
15. Verilmiş nümunələri əvvəl qeyri - təyini, sonra təyini söz birləşmələri olmaqla ardıcıllıqla düzün.
1 - boynu bükük 6 - payız küləyi
2 - gözləri yaşlı 7 - könülsüz həyat
3 - qan rəngli 8 - çoxa meyil
4 - durna gözlü 9 - qəmdən azad
5 - camalı solğun
A) 1, 2, 3, 4, 5, 8, 9, 6, 7
B) 1, 2, 4, 5, 6, 8, 9, 3, 7
C) 3, 4, 5, 6, 7, 1, 2, 8, 9
D) 6, 7, 8, 9, 1, 2, 3, 4, 5
E) 4, 5, 6, 8, 9, 1, 2, 3, 7
16. Sərbəst söz birləşmələrini ardıcıllıqla göstərin.
1 – kəndə gəlmək
2 – can almaq
3 – uzaqdan gəlmək
4 – danışa bilmək
5 – dil tökmək
A) 1, 3
B) 2, 3, 5
C) 4, 5
D) 2, 3
E) 1, 3, 4
17. Təsirlik hallı feili birləşmələrlə bağlı uyğunluğu müəyyən edin.
I - Müəyyənlik bildirən feili birləşmələr
II - Qeyri - müəyyənlik bildirən feili birləşmələr
1 - Bu feili birləşmələrin birinci tərəfləri yalnız II növ təyini söz birləşmələri ilə ifadə oluna bilər.
2 - Bu felii birləşmələrin 1 - ci tərəfi həm II, həm də III növ təyini söz birləşmələri ilə ifadə olunur.
3 - Bu feili birləşmələrin 1 - ci tərəfi xüsusi isimlərlə də ifadə olunur.
4 - Bu feili birləşmələrin tərəfləri bir - birindən aralı işlənə bilmir.
5 - Bu feili birləşmələrin 1 - ci tərəfinin ifadə vasitələri çox genişdir.
6 - Bu birləşmələrin 1 - ci tərəfləri nə mənsubiyyət şəkilçili sözlərlə, nə də xüsusi isimlərlə ifadə olunur.
A) I 2, 3, 5; II 1, 4, 6
B) I 2, 3, 6; II 1, 4, 5
C) I 1, 2, 5; II 3, 4, 6
D) I 3, 4, 5; II 1, 2, 6
E) I 1, 3, 5; II 2, 4, 6
18. Uyğunluğu müəyyən edin.
I Söz birləşməsi
II Cümlə
III Söz
1 - Predikativlik onun əsas xüsusiyyətidir.
2 - Omonimlik, çoxmənalılıq xüsusiyyəti daşıyır.
3 - Leksik vahiddir.
4 - Intonasiya onun əsas kommunikativ tiplərini ayıran vasitədir.
5 - Ümumilik, mücərrədlik bildirir.
6 - Konkretlik bildirir.
7 - omonimlik, coxmənalılıq xüsusiyyəti daşımır.
8 - Bu sintaktik vahiddə hər sözün müstəqil mənası olur.
A) I 6, 7, 8; II 1, 4; III 2, 3, 5
B) I 1, 6, 7; II 2, 4; III 3, 5, 8
C) I 4, 5, 7; II 2, 3; III 1, 6, 8
D) I 5, 6, 8; II 1, 3, 4; III 2, 7
E) I 6, 7; II 1, 5, 8; III 2, 3, 4
19. Uyğunluğu müəyyən edin.
I Birinci növ təyini söz birləşməsi
II İkinci növ təyini söz birləşməsi
III Üçüncü növ təyini söz birləşməsi
1 - Əsas tərəfi hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul edir.
2 - Bu birləşmənin morfoloji əlaməti yoxdur.
3 - Tərəfləri arasına söz daxil etmək olur.
4 - Tərəfləri yanaşma əlaqəsi ilə bağlanır.
5 - Asılı tərəfi qeyri - müəyyən yiyəlik halda olur.
6 - Bir qayda olaraq, tərəfləri arasına söz daxil etmək olmur.
7 - Asılı tərəfi təyin olur.
8 - Tərəfləri arasında qarşılıqlı şəkildə idarə və uzlaşma əlaqələri olur.
A) I 2, 4, 7; II 5, 6; III 1, 3, 8
B) I 1, 4, 6; II 2, 3, 8; III 5, 7
C) I 3, 4, 7; II 1, 5; III 2, 6, 8
D) I 1, 2, 3; II 4, 5, 8; III 6, 7
E) I 4, 5, 7; II 3, 6; III 1, 2, 8
20. Feili birləşmələrin sintaktik vəzifəsi ilə bağlı uyğunluğu müəyyən edin.
I Mübtəda
II Təyin
III Zərflik
1 - Həyatdan dərs ala bilməyən adama heç kəs dərs verməməlidir, çünki əməyi hədər gedər.
2 - Şəhərə daxil olduqda dükanın qarşısında bir adam gördü.
3 - Hiylə ilə tikilən ev bəhanə ilə sökülər.
4 - Elm öyrətmək Allah mərhəmətinə yaxınlaşmaqdır.
5 - Yatmış kənd yuxudan oyananda qaçaqlar çayı çoxdan keçmişdi
6 - Dərs alıb dərs demək Allaha ibadət etməyə bərabərdir.
A) I 2, 4; II 1, 5; III 3, 6
B) I 3, 4; II 2, 5; III 1, 6
C) I 4, 6; II 1, 3; III 2, 5
D) I 4, 5; II 3, 6; III 1, 2
E) I 1, 6; II 2, 4; III 3, 5
Dostları ilə paylaş: |