##Fənnin adı: Azərbaycan dili ##Bölmə: Azərbaycan


##num= 7// level= 1// sumtest=40 // name= Azərbaycan ədəbi dilinin semantik sistemi //



Yüklə 1,44 Mb.
səhifə7/22
tarix24.02.2020
ölçüsü1,44 Mb.
#102168
1   2   3   4   5   6   7   8   9   10   ...   22

##num= 7// level= 1// sumtest=40 // name= Azərbaycan ədəbi dilinin semantik sistemi //


1. «Dərin» sözü hansı sırada həqiqi mənada işlənmişdir?

A) dərin düşüncə

B) dərin yuxu

C) dərin quyu

D) dərin adm

E) dərin fikir

2. Verilmiş şeir parçasında neçə söz məcazi mənada işlənmişdir?

Cığırlardan mahnı, gülüş

Əskilməyir nə zamandır.

Meşə qızıl, göylər gümüş,

Sanki çay da büllurdandır.

A) üç

B) bir

C) iki

D) yoxdur

E) dörd

3. «Bir azdan bayaqdan əsən külək yatdı, coşqun dalğalar yumşaldı» cümləsindəki məcazi mənalı sözləri göstərin.

A) yatdı, yumşaldı

B) yatdı, coşqun

C) yatdı, dalğalar

D) coşqun, yumşaldı

E) yatdı, coşqun, yumşaldı

4. Verilmiş şer parçalarından hansında antonim sözlər yoxdur?

A) Bizim əhdimizin, ilqarımızın

Ulduzlu gecələr oldu şahidi



B) Yenə canlandı əski xatirələr

Yeni olaylardan ayırdı bizi.



C) Ölümdür sizlərin nəsibi ancaq,

Sizə biganədir bizim bu həyat.



D) Yaddır mənə qüssə, kədər,

Sevincdənsə üzüm gülər.



E) Yerdə məhbus kimi yaşamaqdansa,

Göydə azad qanad çalmaq gözəldir.



5. Verilmiş şeir parçasında altından xətt çəkilmiş sözlər hansı qrupa daxil ola bilər?

Çağladı arzumuz, diləyimiz də,

Divarın yanında biz dövrə vurduq.

Min nəğmə coşsa da ürəyimizdə,

Susduq, bir dəqiqə sükutla durduq.

A) omonim

B) sinonim

C) çoxmənalı söz

D) antonim

E) paronim

6. Verilmiş şeir parçasında altından xətt çəkilmiş sözlər hansı qrupa daxil ola bilər?

Keçək Kür çayını, Araz çayını,

İçək Lənkəranın nubar çayını.

A) omonim

B) sinonim

C) çoxmənalı söz

D) antonim

E) paronim

7. Omonimlərə aid verilmiş xüsusiyyətlərdən hansılar səhvdir?

1 - Dildə yazılış və deyilişcə tam eyni, mənaca müxtəlif sözlər leksik omonimlər, yazılış və deyilişi az - çox fərqlənən, mənaca müxtəlif sözlər isə leksik - semantik omonimlər hesab olunur.

2 - Omonimlər bədii yaradıcılıqda geniş istifadə edilən bədii ifadə vasitələrindən biridir.

3 - Omonimləri çoxmənalı sözlərdən fərqləndirmək üçün dəqiq meyar müəyyən etmək olduqca çətindir.

4 - Dildə omonimlərin bir qismi çoxmənalı sözlərin ifadə etdyi mənalardan birinin əsas mənadan uzaqlaşması nəticəsində yaranır.

5 - Omonimlər həmişə eyni nitq hissəsinə aid ola bilir.

A) 1, 5

B) 2, 3, 4

C) 2, 4

D) 3, 4, 5

E) 1, 2, 5

8. Hansı cərgədəki sözlərin hamısı omonimdir?

1 - yel, çal, qurd, qız, yal, yarı

2 - yol, diş, qat, göy, bez, qırx

3 - bel, bağ, çay, qarı, saz, qaz

4 - yar, dolu, lay, tək, aşıq, yaz

5 - dil, əqrəb, yarı, bar, inci, at

6 - sağ, şal, yara, boz, dam, pul

A) 1, 3, 5

B) 2, 3, 4

C) 2, 4, 6

D) 3, 4, 5

E) 1, 2, 6

9. Hansı sinonimik cərgə səhvdir?

1 - bərə - sal - körpü

2 - bərə - dağarası - dərə

3 - bərə - ov - şikar

4 - bərə - pusqu - marıq

5 - bərə - meşə - orman

A) 1, 3, 5

B) 2, 3, 4

C) 2, 4, 5

D) 3, 4, 5

E) 1, 2, 5

10. Sözlərdən hansılar omonim olaraq həm fel, həm də isim kimi işlənə bilir?

1 - qatar 2 - qarış 3 - əsir

4 - yaz 5 - al 6 - bit

A) 1, 3, 5

B) 1, 2, 5

C) 2, 4, 6

D) 4, 5, 6

E) 1, 2, 4

11. Omonim olaraq həm fel, həm də isim kimi işlənə bilən sözləri göstərin.

1 - qatar 2 - qırış

3 - əsir 4 - yanacaq

5 - dan

A) 2, 5

B) 2, 3, 5

C) 1, 3, 5

D) 4, 5

E) 1, 2, 5

12. Omonim sıraları göstərin.

1 - bağ sahəsi - ayaqqabı bağı

2 - uzunboğaz çəkmə - ipi çəkmə

3 - şirin çay - axar çay

4 - çətin sənət - sənəd qovluğu

5 - hava durumu - rəqs havası

A) 1, 3, 5

B) 1, 2, 5

C) 2, 3, 4, 5

D) 2, 3

E) 3, 4, 5

13. Omonim olaraq həm fel, həm də isim kimi işlənə bilən sözləri ardıcıllıqla göstərin.

1 - qatar 2 - şiş

3 - əsir 4 - yanacaq

5 - dan 6 - köç

A) 2, 5, 6

B) 1, 2, 4, 5

C) 1, 3, 5, 7

D) 2, 4, 5

E) 1, 2, 5, 7

14. Omonim olub, həm ümumişlək söz kimi, həm də dialekt sözü kimi işlənən sözləri ardıcıllıqla göstərin.

1 - avara

2 - ağı

3 - balaq

4 - qala

5 - aşıq

A) 2, 4

B) 1, 3

C) 3, 5

D) 1, 4

E) 2, 3

15. Sinonimliyin pozulduğu cərgələri ardıcıllıqla göstərin.

1 - duyğu - təsəvvür

2 - sütül - yetişmiş

3 - zindan - qazamat

4 - sakit - əmin - amanlıq

5 - sakit - dinc

A) 3, 4, 5

B) 2, 4

C) 1, 2, 4

D) 1, 4

E) 2, 3, 4

16. Səhv fikirləri ardıcıllıqla göstərin.

1 - Dildə çoxmənalılıq ən çox xüsusi sözlərdə olur.

2 - Dildə bütün sözlərin çoxmənalılığı eyni dərəcədə olmur.

3 - İki və daha artıq əşyanın yaxınlığı, əlaqəsi əsasında yaranan məcazlara bədii təzad deyilir.

4 - Əşya və hadisələrin oxşarlığı əsasında yaranan məcazlara metafora deyilir.

5 - Məcazların digər növlərinə nisbətən dildə simvollara daha çox təsadüf edilir.

A) 1, 3, 5

B) 1, 2, 5

C) 2, 3, 4, 5

D) 2, 3

E) 3, 4, 5

17. Uyğunluğu tapın:

1 - omonim sözlər 2 - sinonim sözlər 3 - antonim sözlər

A - yal, sal B - min, din

C - səfeh, axmaq D - gənc, cavan

E - quru, yaş

A) 1 - A, B; 2 - C, D; 3 - E

B) 1 - A, C; 2 - B, D; 3 - E

C) 1 - B, C; 2 - A, D; 3 - E

D) 1 - A, E; 2 - C, D; 3 - B

E) 1 - C, D; 2 - A, E; 3 - B

18. Uyğunluğu tapın:

1 - omonim sözlər 2 - sinonim sözlər 3 - antonim sözlər

A - dil, saz

B - qaz, yaz

C - gözəl, qəşəng

D - tək, tənha

E - işıq, zülmət

A) 1 - A, B; 2 - C, D; 3 - E

B) 1 - A, C; 2 - B, D; 3 - E

C) 1 - B, C; 2 - A, D; 3 - E

D) 1 - A, E; 2 - C, D; 3 - B

E) 1 - C, D; 2 - A, E; 3 - B

19. Uyğunluğu tapın:

1 - omonim sözlər 2 - sinonim sözlər 3 - antonim sözlər

A - an, dan B - min, din

C - tək, tənha D - məna, məzmun

E - səhər, axşam

A) 1 - A, B; 2 - C, D; 3 - E

B) 1 - A, C; 2 - B, D; 3 - E

C) 1 - B, C; 2 - A, D; 3 - E

D) 1 - A, E; 2 - C, D; 3 - B

E) 1 - C, D; 2 - A, E; 3 - B

20. Uyğunluğu tapın:

1 - omonim sözlər

2 - sinonim sözlər

3 - antonim sözlər

A - qan, dan

B - var, sar

C - kök, rişə

D - mal, dövlət

E - gecə, gündüz

A) 1 - A, E; 2 - C, D; 3 - B

B) 1 - A, C; 2 - B, D; 3 - E

C) 1 - B, C; 2 - A, D; 3 - E

D) 1 - A, B ; 2 - C, D; 3 - E

E) 1 - C, D; 2 - A, E; 3 - B

21. Frazeoloji birləşmələr haqqındakı səhv fikir hansıdır?

A) Bütövlükdə cümlənin mürəkkəb üzvü olur.

B) Tərkibindəki sözlərdən ən azı biri məcazi mənada olur.

C) Xüsusi ifadəlilik, emosionallıq, canlılıq yaradır.

D) Dildə hazır şəkildə işlənir.

E) Bir leksik mənanı ifadə edir.

22. Verilmiş frazeoloji birləşmələrdən hansı həm də həqiqi mənada işlənə bilir?

A) dil tərpətmək

B) dilə tutmaq

C) dildən düşmək

D) başa salmaq

E) başdan çıxarmaq

23. Biri frazeoloji birləşmə deyil:

A) gözü səyrimək

B) baş çəkmək

C) qan uddurmaq

D) söz atmaq

E) gözdən düşmək

24. Frazeoloji birləşmələrdən hansı omonim olaraq, iki müxtəlif mənada işlənir?

A) iki od arasında qalmaq

B) söz vermək

C) valı dəyişmək

D) ürəyindən keçmək

E) söz atmaq

25. Bir cümlədə "vermək" sözü frazeoloji birləşmə əmələ gətirmişdir:

A) Sünubər yaxşı oxuyacağına söz verdi.

B) Qaliblərə mükafat verdilər.

C) Fəridə ona çörək verdi.

D) Səbinə dəftəri mənə verdi.

E) Elmira qonaqlara çay verdi.

26. Frazeoloji birləşmələr haqqındakı səhv fikir hansıdır?

A) Bir dildən başqa dilə eynilə tərcümə olunur.

B) Tərkibindəki sözlərdən ən azı biri məcazi mənada olur.

C) Xüsusi ifadəlilik, emosionallıq, canlılıq yaradır.

D) Dildə hazır şəkildə işlənir.

E) Bir leksik mənanı ifadə edir.

27. Verilənlərdən hansılar omonim frazeoloji vahid deyildir?

1 - söz vermək 2 - gözdən düşmək 3 - sözündən çıxmaq 4 - əl açmaq 5 - taqəti kəsilmək

A) 1, 3, 5

B) 1, 4

C) 2, 3, 5

D) 2, 4

E) 1, 2, 5

28. Verilənlərdən hansılar omonim frazeoloji vahiddir?

1 - söz vermək 2 - gözdən düşmək 3 - sözündən çıxmaq 4 - əl açmaq 5 - taqəti kəsilmək

A) 1, 4

B) 3, 4, 5

C) 1, 3, 5

D) 2, 4

E) 1, 2, 4

29. Frazeoloji birləşmələrdən hansılar omonim olaraq, iki müxtəlif mənada işlənir?

1 - can vermək

2 - iki od arasında qalmaq

3 - valı dəyişmək

4 - əl açmaq

5 - söz atmaq

A) 1, 4

B) 3, 4, 5

C) 1, 3, 5

D) 2, 4

E) 1, 2, 4

30. Frazeoloji birliklər hansılardır?

1 - söz almaq 2 - topa tutmaq 3 - bel bağlamaq

4 - dağ çəkmək 5 - ağ eləmək

A) 1, 4

B) 3, 4, 5

C) 1, 3, 5

D) 2, 4

E) 1, 2, 4

31. Verilənlərdən ikisi omonim frazeoloji vahiddir:

1 - baş vermək 2 - yada salmaq 3 - sözündən çıxmaq

4 - səs vermək 5 - əli boşa çıxmaq 6 - kəmənd atmaq

7 - nişan aparmaq

A) 1, 4

B) 3, 5

C) 1, 6

D) 2, 4

E) 2, 7

32. Hansılar frazeoloji birləşmə deyil?

1 - kəmənd atmaq 2 - dilotu yemək 3 - göz yaşı tökmək

4 - canı boğazına yığılmaq 5 - nişan aparmaq

A) 1, 3, 5

B) 1, 2, 4

C) 2, 4, 5

D) 2, 3, 4

E) 3, 4, 5

33. Omonim frazeoloji vahidləri ardıcıllıqla göstərin.

1 - əl açmaq 2 - göz qoymaq

3 - sözündən çıxmaq 4 - söz vermək

5 - əli boşa çıxmaq

A) 1, 3

B) 3, 4, 5

C) 1, 4

D) 2, 4, 5

E) 1, 2, 4

34. Omonim frazeoloji vahidləri ardıcıllıqla göstərin.

1 - söz vermək 2 - gözdən düşmək 3 - sözündən çıxmaq

4 - əl qaldırmaq 5 - taqəti kəsilmək

A) 1, 4

B) 1, 3, 5

C) 1, 3

D) 2, 4, 5

E) 1, 2, 3

35. Omonim frazeoloji vahidləri ardıcıllıqla göstərin.

1 - söz vermək 2 - gözdən düşmək 3 - sözündən çıxmaq 4 - can vermək 5 - taqəti kəsilmək

A) 1, 4

B) 1, 3, 5

C) 1, 3

D) 2, 4, 5

E) 1, 2

36. Səhv fikirləri ardıcıllıqla göstərin.

1 - Frazeoloji birləşmələr mürəkkəb cümlə üzvü kimi götürülür.

2 - Frazeoloji vahidlər dildə hazır şəkildə işlənən birləşmələrdir.

3 - Çoxmənalı sözlər məcazilik əsasında yaranır.

4 - Frazeoloji birləşmələr bir dildən başqa dilə eynilə tərcümə olunur.

5 - Dialekt sözləri dildə işlənən məhəlli sözlərdir.

A) 1, 4

B) 1, 3, 5

C) 1, 3

D) 2, 4, 5

E) 1, 2

37. Uyğunluğu tapın:

1 - omonim frazeoloji vahidlər 2 - sinonim frazeoloji vahidlər 3 - antonim frazeoloji vahidlər

A - əl qaldırmaq, söz vermək

B - ürəyi yanmaq, səs vermək

C - əldən düşmək, taqəti kəsilmək

D - cana doymaq, canı boğazına yığılmaq

E - gözdən salmaq, hörmətə mindirmək

A) 1 - A, B, E; 2 - C, D; 3 - E

B) 1 - A, C; 2 - B, D; 3 - E

C) 1 - B, C; 2 - A, D; 3 - E

D) 1 - A, E; 2 - C, D; 3 - B

E) 1 - C, D; 2 - A, E; 3 - B

38. Uyğunluğu tapın:

1 - omonim frazeoloji vahidlər 2 - sinonim frazeoloji vahidlər 3 - antonim frazeoloji vahidlər

A - əl qaldırmaq, söz vermək

B - ürəyi yanmaq, səs vermək

C - əldən düşmək, taqəti kəsilmək

D - cana doymaq, canı boğazına yığılmaq

E - gözdən salmaq, hörmətə mindirmək

A) 1 - A, B, E; 2 - C, D; 3 - E

B) 1 - A, C; 2 - B, D; 3 - E

C) 1 - B, C; 2 - A, D; 3 - E

D) 1 - A, E; 2 - C, D; 3 - B

E) 1 - C, D; 2 - A, E; 3 - B

39. Uyğunluğu tapın.

I - Fikirlərdən hansılar doğrudur? II - Fikirlərdən hansılar yanlışdır?

1 - Sifət, say və əvəzliklərdə qohum sözlər daha çox müşahidə olunur.

2 - Dildə yaxın zamanlarda təşəkkül tapmış sözlər müasir sözlər adlanır.

3 - Lüğət tərkibi dil üçün ikinci dərəcəli materialdır.

4 - Dilin leksik tərkibində törəmə - düzəltmə sözlər ilkin sözlərə nisbətən daha çoxdur.

5 - Dilimizin lüğət tərkibi formalaşmağa başladığı dövrdən zəngin olmuşdur.

A) I – 2, 4; II – 1, 3, 5

B) I – 1, 3, 5; II – 2, 4

C) I – 1, 4; II – 2, 3, 5

D) I – 2, 3, 5; II – 1, 4

E) I – 3, 5; II – 1, 2, 4

40. Uyğunluğu tapın. Q samitinin kar qarşılığına hansı sözdə:

I - təsadüf edilir

II - təsadüf edilmir

A – sükan B – reaksiya C – təvəqqe D – plastik E - qaymaq

A) I – B, C, D; II – A, E

B) I – A, B, C; II – D, E

C) I – A, E; II – B, C, D

D) I – A, D; II – B, C, E

E) I – A, C, E; II – B, D

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin