FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə102/116
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#113191
1   ...   98   99   100   101   102   103   104   105   ...   116
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

MÜHAZİRƏNİN GEDİŞİ:

Bədii əsərlərin tədrisində iki mərhələ vardır:

1). Əsərin məzmunu üzərində iş;

2). Əsərin təhlili.

Əsərin məzmunu üzərində iş müxtəlif şəkildə aparıla bilər, lakin hamısının əsasında birinji və başlıja şərt – onun ifadəli oxusudur.

Nağılların tədrisi ilə bağlı müxtəlif metodiki və elmi səjiyyələr vardır. Buna əsasən, hər hansı bir nağılın tədrisi prosesinə dair məsələlər üzərində dayanaq. Bununla bağlı olaraq, «zəhmət, ağıl, bəxt» nağılının tədrisinə ayrılmış saatları ayrı – ayrılıqda izah edək:

Mövzuya ayrılmış birinci saata dair sxem – dərsin icmalı:

Mövzu: «Zəhmət, ağıl, bəxt» nağılının ifadəli oxusu və məzmunu üzərində iş.

Məqsəd: a). İfadəli oxu ilə məzmunu mənimsətmək.

b). Zəhmət və onun insan həyatında rolu haqqında söhbət

aparmaq.

Üsul: Müəllimin şərhi, müsahibə, frontal sorğu, fərdi sorğu.

Dərsin tipi: Qarışıq tip, yeni bilik verən dərs.

Təjhizat: «Oxu» (IV sinif) dərsliyi, nağıla dair məzmun sxemi, ifadəli oxu, ədəbi qiraətə dair audio yazı.

Dərsin gedişi: Yeni dərs müəllimin bir neçə kəlməlik məlumatı ilə başlayır.

Müəllimin məlumatı: a). Mövzunun janrı haqqında; b). Nağılın folklorda yeri haqqında; j). Nağıllara xas olan bədii ifadə prinsipi haqqında.

Müəllim öz məlumatında folklorun xalq mənəviyyatında yeri barədə danışır. Nağıllar xalqın mənəvi dünyasının məhsuludur.

Sonra mətndən bir parça oxunur: «Biri var idi. Biri yox idi, bir kişi var idi. Bu kişi tarlada kotanla yer şumlayırdı. Onun başında Zəhmət, Ağıl, bəxt arasında mübahisə qalxdı».

Şagirdlər tərəfindən oxunun nağılın məzmunu haqqında əldə olunan biliklər möhkəmləndirilməlidir.

Əsərin bütöv, ifadəli oxunmasına dair metodiki – praktiki prinsiplər haqqında nələri nəzərə almaq lazımdır?

Məzmunun tam qavranılması üçün nağıl diqqətlə oxunmalı və oxunmuş hissələrin məzmunu haqqında sorğu keçirilməlidir. İlk oxu ifadəli olmalıdır. Əsər tam oxunmadan onun məzmununu öyrənmək olmaz. İlk oxu zamanı dərsliklər örtülü olmalı və şagirdlərin dinləməsinə müəllim nəzarət etməlidir. İfadəli oxu prosesində əsas diqqət oxunun məzmununa yönəldilməlidir.

Bəzi hallarda müəllimin ifadəli oxunu müşayiət etmək üçün şagirdlər kitaba baxa bilərlər.

Oxu qurtarandan sonra məzmunun bütövlükdə necə mənimsənildiyini öyrənmək lazımdır. Bunun üçün sinfə bir – iki sual vermək olar. Məsələn:

Müəllim: Bəxt, Ağıl və Zəhmət arasında nə mübahisə düşür?

Şagird: Bəxt dedi:

- Əkinçini dolandıran mənəm, mənsiz o yaşaya bilməz.

Ağıl dedi:

- İndi ki, belədir, biz çəkilək kənara, tamaşa eləyək,əkinçini sən nejə dolandırırsan.

Müəllim: Ağıl da, Zəhmət də kənara çəkildikdən sonra əkinçinin başına nə iş gəldi?

Şagird: Əkinçi kotanla yer şumlayarkən birdən kotanın qabağına küp dolusu qızıl çıxdı.

Müəllim: Əkinçi nə etdi?

Şagird: Əkinçi qızılı görjək üzünü turşutdu:

- Bu zəhrimar da kotana mane olur. Bir adam olsa, küpü verərdim aparardı.

Əkinçi ətrafına göz gəzdirdi, əl eləyib yoldan keçən atlını çağırdı ki. küpü ona versin. Atlı əkinçiyə yaxınlaşdı.

Müəllim: Bəs bundan sonra nə oldu? Nağılın əsas hissəsilərindən biri məhz onunla bağlıdır.

Şagird: Bu vaxt Ağıl öz yerinə qayıtdı. Əkinçi sanki özünə gəldi, narahat oldu, təlaşa düşdü, dizinə döydü, öz – özünə deyinməyə başladı:

- Mən nə axmaq iş görürəm. Qızılları yoldan ötənə niyə verirəm? Bunlar mənim ölümə də, dirimə də bəsdir. Lənət sənə kor şeytan.

Müəllim: Ağlı gəlib yetişdi. Onunla əkinçi arasında nə danışıqlar oldu?

Şagird: Əkinçi fikirləşməyə majal tapmamış, atlı gəlib yetişdi, salam verib soruşdu:

- Əkinçi qardaş, işin avand olsun. Mənə aid nə qulluğun var? İşində çətinlik çəkirsən? Yoxsa şəhərə bir sifarişin var?

Əkinçi dedi:

-Atlı qardaş, sifarişim – zadım yoxdur. De görüm, Boz öküz Ala öküzün nəyidir? Bunlar nejə qohumdurlar?

Atlı təəccübləndi və öz – özünə fikirləşdi: Deyəsən bu kişi dəlidir.

Atlı javab verdi:

- Bu nə sözdür soruşursan? Öküzlər sənin, mən hardan bilim ki, bunlar nejə qohumdurlar. Bir də bunun nə mənası var ki, soruşursan?

Müəllim: Bu əhvalatda Ağılın yeri nejə görünür? Atlı gedəndən sonra Ağıl yenə əkinçinin başından çıxıb kənarlaşır. Əkinçi nə vəziyyətə düşür?

Şagird: Atlı dönüb gedəndən sonra Ağıl yenə əkinçinin başından çıxdı. Bəxt qızılları əkinçinin gözü qarşısında parıldatdı. Əkinçi atlını təkrarən çağırdı ki, küpü ona versin. Atlı qayıtdı. Ağıl yenə yerinə gəldi. Əkinçiyə üz tutub dedi: «Ay qafil adam, nə eləmək istəyirsən? Qızıllar heyifdir».

Müəllim: Atlı əkinçinin təkrar çağırışından sonra qayıtdı və əkinçi ilə nə danışdı?

Şagird: Atlı əkinçinin yanına gələndən sonra soruşdu:

- Qardaş nə deyirsən? Məni niyə yoldan eləyirsən?

Əkinçi xəjalət çəkdi, bilmədi nə desin. İrəli yeriyib öküzləri göstərdi:

- Ay rəhmətliyin oğlu, nə böyük məsələ soruşdum ki, javabında ajiz qaldın? Bax bu Boz öküz Ala öküzün doğmabajısı oğludur. Görmürsən, boyu balaja, özü javan? Aşkar görünür. Nigaran getməməyin üçün çağırdım ki, sənə bunu deyim.

Müəllim: Bəs bundan sonra nələr baş verir?

Şagird: Bundan sonra Ağıl ilə Zəhmət arasında ayrılıq düşür. Ağıl özündən razı qalanda Zəhmət ona etiraz edir.

Müəllim: Yaxşı, onda Zəhmət Ağıla nə deyir?

Şagird: Ağıl öz hünərindən dəm vuranda Zəhmət dedi:

- bəhs eləməyə vaxtım yoxdur. Əkinçini dolandıran mənəm. İndi ki, belədir, mən getdim.

Müəllim: Bu əhvalatda Zəhmətin yeri nejə görünür?

Şagird: Zəhmət kənara çəkildi. Əkinçi dizlərini qujaqlayıb oturdu və öküzlərin gövşəməsinə tamaşa etməyə başladı.

Əkinçi dedi:

- Yaxşı ki, atlını yola saldım, yaxşı ki, qızılları vermədim, özüm aparıb xırdalayaram.

Müəllim: Bundan sonra əkinçinin vəziyyəti nejə olur?

Şagird: Əkinçi durmaq istəyəndə gördü ki, taqəti qalmayıb. Əllərində qüvvət də yoxdur. Axşamajan bir yerdə çöməlib mürgülədi. Öküzləri də yuxladı.

Müəllim: Bəxt, Ağıl və Zəhmət yenidən bir yerə gəldilər. Bu zaman hansı əhvalat baş verir?

Şagird: Bəxt qızılı göyə sovurdu. Ağıl isə bunları dönə – dönə sayır, xərjləməyə yer axtarırdı.

Əkinçi yerindən tərpənə bilmirdi. Ağıl gördü ki. kişini də, öküzləri də gejə burada janavar yeyəjək, Zəhmətə yalvarmağa başladı:

- Gəl, qardaşım, gəl, əkinçinin günü – güzəranı sənsən. Sənsiz bir günümüz olmasın, gəl işin üstündə ol.

M üəllim: Beləliklə, m əlum olur ki? Zəhmət olmadan heç bir hərəkət ola bilməz. Bəs, uşaqlar, Zəhmət nejə etdi, geriyə qayıtdımı?

Şagird: Bəli, qayıtdı. Zəhmət yerinə keçən kimi əkinçi jəld ayağa qalxdı. Kotanın dəstəyindən yapışıb öküzləri hayladı:

-Ay Jyran, nə durmusan, zəmi yarımçıq qaldı.

Müəllim: Beləliklə, Zəhmətin rolu nədən ibarət oldu?

Şagird: Zəhmət öz yerini tutandan sonra əkinçinin işləri sahmana düşdü. Zəhmətin köməyi ilə torpaq bol məhsul verdi, kişinin özü də, balaları da yaxşı güzəran keçirdilər.

Müəllim: Deməli, insanın həyatında hər üçünün ayrı – ayrılıqda deyil, birlikdə böyük rolu vardı. Ağıl da, Zəhmət də, Bəxt də insanın həyatında əvəzedilməz varlıqlardır.

Nağılın məzmununun tam və təfsilatı ilə mənimsənilməsi üçün şagirdlər tərəfindən hisə – hissə də oxunmalıdır. Hissə – hissə oxuda ən zəif oxuyan şagirdlər də müəyyən vərdişlərə yiyələnirlər.

Ümumiyyətlə, əsərin hissə – hissə oxunması üçün müəllim əvvəlcədən hazırlıq görməlidir. Bu hazırlığın birinji şərti nağılı hissələrə ayırmaqdır. Hissələr üzrə oxu və plan tutmaq irihəjmli əsərlərin məzmununun tam qavranılmasında da mühüm rol oynayır.

Mətnin hissə – hissə oxunması əsərin məzmunu üzərində aparılan əsas işlərdən biridir.

Mətnin məzmunu üzərində işin ikinci tərəfi oxu prosesində sual – javablardır. Sual – cavab prosesində uşaqlar fə olmalıdır. Bunun üçün onlara müstəqillik vermək gərəkdir. Bu prosesdə müəllim elə şərait yaratmalıdır ki, sualı da şagird versin, javabı da. Bu proses məzmunu daha yaxşı anlamağa kömək edir, şagirdin yaddaşı möhkəmlənir. Bununla bərabər, şagirdlərdə oxu təjrübəsi inkişaf edir.

Sual – cavabda müəllimin təlim və göstərişləri də mühüm əhəmiyyət daşıyır. Müəllim uşaqlara onu təlqin etməlidir ki, sual – javab zamanı kitabdakı sözlərdən kor - koranə istifadə etməsinlər, suallara öz sözləri ilə javab versinlər. Şagirdlərin öz sözləri ilə nəql etməsi onlarda bir sıra vajib müsbət keyfiyyətlər formalaşdırır. Birinji jəhət odur ki, onlarda təfəkkür inkişaf edir. İkinjisi odur ki, şagirddə nitq inkişaf edir. Nitqin inkişafı o deməkdir ki, o geniş söz ehtiyatına yiyələnir, habelə müstəqil düşünür, müstəqil mühakimə yürüdür.

Nağılın tədrisinin ikinci saatı onun təhlilinə yönəldilir.



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin