FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə31/116
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#113191
1   ...   27   28   29   30   31   32   33   34   ...   116
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

(2.2)Yazı. Əlinə yeni qələm alan uşaq-lar, adətən,bir qədər sağa əyilmiş cizgilər çəkirlər. Pedaqoqlar uşaqların bu təbii (fizioloji) vərdişlərinə əks getməmək üçün 1-ci sinif üçün dərsliklərdəəl yazısı şəklində olan hərfləri soldan sağa əyilmiş şəkildəverməyi məsləhət görürlər. İbtidai siniflər üçün yazı dəftərlərində də düz üfüqi xətləri müəyyən bucaq altında kəsən maili xətlər verilir ki, bu, yazı vərdişlərinə yeni alışan uşaqların işini asanlaşdırmaq məqsədi güdür. Hərf təliminəqədərki dövrdə şagirdlər sadədən mürəkkəbə doğru müxtəlif cizgi çalışmaları icra edirlər ki, bu da onların əli-ni qələmə alışdırmaq vəyazı vərdişi yaratmaq məqsədi daşıyır. Dərslikdə bu cür cizgilərin nümunələri verilir. Müəllim yazı taxtasında cizgi çalışmalarını icra etməkləəlin yuxarı və aşağı, sağa vəsola hərəkətini nümayiş etdirməlidir. İlk məşğələlərdən başlayaraq, şagirdlərə partada oturmaq, dəftəri qoymaq, qələmi tutmaq qaydaları öyrədilməlidir. ġagird yazarkən bədəni çox qabağa əyməməli, döşü partaya dirəməməlidir. Əllər partanın üstündəolmalı, sağ qolun dirsəyi partadan azca kənara çıxmalı, baş azca aşağı əyilməli, dəftərlə göz arasında təxminən 25-30 sm məsafəsaxlanmalıdır. Qələm bərk sıxılmamalı, qə-ləmin ucu iləbarmaq arasında 3 sm məsafə saxlanmalıdır. Bütün bu qaydalar ilk günlərdən başlayaraq hərf təlimi dövründəhər yazı yazarkən təkrar edilməlidir.

1-ci sinif şagirdlərində bilək əzələlərinin möhkəmləndirilməsini təmin etmək məqsədilə aşağıdakı təmrinlərə dərs prosesində 1-2 dəqiqə ayırmaq məqsədəuyğundur:

-barmaqları ovucun içində yumub-açmaq;

-barmaqları növbə ilə yumub, bir neçə dəfə yumruq düzəltmək;

- əllərin barmaqlarını çarpazlaşdırıb, birlikdə yumruq düzəltmək;

- əlləri qabağa uzadıb gah sağ, gah sol əl iləbir neçə dəfə yumruq düzəltmək;

- əvvəl sağ, sonra sol əli ilə qabağa uzadıb barmaqları qeyri-ahəngdar şəkildə oynatmaq;

- əlləri açıb partanın üstün əqoymaq, barmaqları növbə ilə partaya vurmaq;

-dirsəyi partaya qoyub, qolu dik tutmaq, yumulmuş əli biləkdən gah sağa, gah da sola fırlatmaq.

Dərslikdə əl yazısı nümunəsində verilmiş hərfin başlanğıc nöqtəsi vəqələmin hərəkət istiqaməti oxlarla göstərilir. ġagird-lər bu təsvirə baxaraq əvvəlcə barmaqları iləhavada hərfi çəkir-lər. Sonra dəftərdəhəmin hərfin elementlərini vəhərfin özünü yazırlar. Daha sonra dərslikdəəl yazısı iləverilmiş sözlər, cüm-lələr üzündən köçürülür. Hərf təlimi mərhələsindən başlayaraq şagird yalnız gördüyünü deyil, dinlədiyini və düşündüyünü də yazmağa alışdırılır. Oxu texnikasının inkişafı mərhələsində onlar artıq şəklə uyğun cümlələr qurub yazmaq, rabitəli mətn yazmaq bacarıqlarını nümayiş etdirməlidirlər.




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin