Dil qaydaları. Linqvistik qaydalar nitq vərdişlərinin inkişafına kömək edən vasitədir. Bununla yanaşı, dilçilik özü dəinkişafda olan bir elmdir vədigər elmlər kimi, onun da əsasları orta məktəbdətədris olunmalıdır. Dilçilik qaydaları real nitqdən təcrid olunmuş şəkildə əzbərlənməməli, şifahi vəyazılı nitqdə müvafiq situasiyalarda tətbiq olunmaq üçün öyrənilməlidir.
Səs və hərfin tanıdılması. Dərslikdə və vəsaitdə hər bir hərfin tanıdılmasına 2 səhifə(1 qoşa səhifə) ayrılmışdır. Hər hərf 4 saat ərzində tədris olunduğuna görə 2 qoşa saat bir dərs kimi qəbul olunur. Bu müddət ərzində bir neçə məzmun standartı əhatə edildiyindən dərsə 5-6 təlim məqsədi qoyulur. Səs və hərfin tanıdılması ilə bağlı qoşa səhifənin ikinci səhifəsində dinləmə və danışma üçün illüstrativ material və ya oxu üçün nəzərdə tutulmuş mətn, mənimsəməni və ya məntiqi
təfəkkürü inkişaf etdirən çalışma, yazı (üzündənköçürmə) bacarıqlarının inkişafı üçün nəzərdə tutulmuş örnəklər verilir. Dərs strukturunun idrak taksonomiyasının mərhələlə-rinə
uyğunluğu Azərbaycan dili üzrə məzmun standartlarının mahiyyətində idrak taksonomiyasının mərhələli prinsipi öz əksini tapır. Belə ki, “Oxu” və“Dinləmə” məzmun standartları anlamağa, mənim-səməyə, dərk etməyə yönəlmişdirsə, “Danışma” və“Yazı” məzmun xətləri özünüifadəni, tətbiqetməni nəzərdə tutur. Odur ki, dərslikdə vəmüəllim üçün vəsaitdə bu ardıcıllığa riayət olunmuşdur: oxu, sonra danışma, yazı vəya dil qaydaları, yaxud dinləmə, sonra danışma, yazı vəya dil qaydaları. Dərslərin şərhində materialların məzmun xətləri üzrə qruplaşdırılması.
Yuxarıda deyildiyi kimi, dərslərdə müvafiq fənn kurikulu-munda nəzərdə tutulan məzmun standartları anlama→dərketmə→tətbiq etmə prinsipi üzrə inteqrasiya olunur. Hər bir dərsin şərhi motivasiya ilə başlanıb qiymətləndirməiləbitir. Bununla yanaşı, əsas hissədə mərhələlərə bölünür ki, hər bir mərhələ müəyyən məzmun xətti üzrəfəaliyyəti nəzərdətutur. Bir mərhələ daxilində müvafiq məzmun xəttinəaid olan bir vəya bir neçə məzmun standartı reallaşdırıla bilər vəya əsas məzmun standartı digər məzmun xətlərinəaid standartlarla inteqrasiya oluna bilər.Hərf təlimi dövründəki dərslərin bir çoxunda “Oxu” məzmun xətti iki dəfə təkrar olunur. Birinci mərhələdə müvafiq hərfin tanıdılması və oxu texnikasının inkişafı (st. 2.2.1), 2-ci mərhələdəisəoxuyub-anlama vəoxu bacarıqlarının inkişafı(st.2.2.2-st.2.2.5) nəzərdə tutulur. Bu mərhələlərdən hər biri özündən sonra tətbiqetməni (danıĢma vəya yazını) nəzərdə tutduğundan onları bir mərhələ daxilində birləşdirmək qeyri-mümkündür. Hər bir hərfin təliminə ayrılmış 4 saatı bir dərs kimi nəzər-dən keçirmək lazımdır. Müəllimlər həmin dərsləbağlı təqdim olunan materialları öz tələblərinə uyğun saatlar üzrə bölə bilərlər. 2-ci qoşa saat üçün motivasiya materialını müəyyən etmək də müəllimin öhdəsinə buraxılır ( Bax: N.B.Cəfərova. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası.I hissə. (Dərslik). Bakı-2016, ADPU-nəş., 403 s.)
Dostları ilə paylaş: |