|
Sözlərin yazılışı ilə tələffüzünü ayırd edə bilirlər
|
səhifə | 52/116 | tarix | 31.12.2021 | ölçüsü | 0,72 Mb. | | #113191 |
| ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.Sözlərin yazılışı ilə tələffüzünü ayırd edə bilirlər:
Yazılır: Deyilir:
Kənd- kənt
Kitab- kitap
Corab- corap
Sünbül- sümbül
Tapmaca- tappaca
Çörək- çörəy:
söyüd- söyüt,
dovşan- do_şan
fontan - fantan
Eyniköklü sözləri öyrənirlər:
Kitab-kitabxana-kitabxanaçı-kitabxanaçılıq;
Məktəb-məktəbli;
Çay-çayçı-çayxana-çaydan;
Bağ-bağça-bağban və s.
4. ƏLİFBA TƏLİMİNDƏN SONRAKI DÖVRDƏ mənimsətmə üzrə işin məzmunu:
Əlifba təlimindən sonrakı dövr—savad təlimindən sonrakıl dövr adlanır. Proqramda bu mərhələyə 93 saat ayrılıb.
Ümumiyyətlə, ı sinifdə Ana dilinin tədrisinə proqramda 279 saat ayrılıb.
Şagirdlərin yazı və oxu təlimləri genişləndirilir və təkmilləşdirlir;
Get-gedə irihəcmli mətnləri oxumaq və nəql etmək, əzbərləmək vərdişləri möhkəmlənir;
Oxu və yazıda buraxılan səhvlər aradan qaldırılır;
Şagirdlərin oxu sürətini artırmaq üzrə vərdişlər möhkəmləndirilir;
İrihəcmli nağıl və hekayələrin oxusuna zəmin yaradılır;
Səsli və səssiz oxu üzrə qaydalar öyrədilir;
Sözlərin və cümlələrin qrammatik xüsusiyyətləri haqqında məlumatlar dərinləşdirilir;
Dostları ilə paylaş: |
|
|