Emfatik vurğu vurğunun xüsusi növüdür. Emfatik vurğu sözün emosional cəhətdən gücləndirilməsini, yaxud oxuyanın (danışanın) bu və ya digər sözlə əlaqədar affektik vəziyyətini ifadə edir. Əgər məntiqi vurğu diqqəti müəyyən sözə cəlb edirsə, emfatik vurğu onun emosional yükünü artırır. Birinci halda oxuyanın (danışanın) niyyəti, ikinci halda isə, bilavasitə hissələri ifadə olunur. Emfatik vurğu zamanı sait səsin uzunluğu mühüm rol oynayır. « Əhsən sənəəə! Ə-ə-ə-ə –la! A-a-afərin!» «Yax- şı –ı-ı, vaxtımı alma!» « Ge –e-e-et baxarıq!».
Bəzən qəti təsdiq və ya rədd edərkən söz xüsusi enerji ilə deyilir: «Yarışda qalib gələcəksən?»