Oxunun ifadəliliyini onun rəvanlığı, normal sürəti də təsir göstərir. İfadəli oxunun sürəti şifahi nitqin sürətinə bərabər olmalıdır. Həddən artıq sürətli və yavaş, yersiz fasilələrlə baş verən oxu çətin qavranılır. Sürət şerin məzmununa görə seçilir. H.Ziyanın “Mənim babam” şeri yavaş sürətlə oxunur, çünki işləyən babadır. O, yavaş – yavaş ağacların dibini belləyir.