4. Şerin şagirdlər tərəfindən hissə – hissə oxunması. Şer qruplar tərəfindən hissə – hissə oxunur. Birinci bənd bir qrup tərəfindən oxunduqdan sonra şagird həmin hissədə nədən bəhs olunduğunu danışır. O bildiri ki, qalın, yəni sıx ağacları olan meşədən talaya çıxmış maral hürkək – hürkək yan – yörəsinə baxır. O qorxur ki, ovçuya rast gələr. Şair deyir ki, məni görməsəydn düz üstümə tərəf gələcəkdin. Müəllim bəndin misraların axırındakı sözləri oxuyur, oxşarlığı tapmağı tələb edir. Şagird çıxdın, baxdın, yollanacaqdın sözlərindək səslənmə yaxınlığını hiss edir.
İkinci bəndi oxuyan şagirdlər bildirirlər ki, şair maralın haradan gəldiyini, hansı dərədən, düzgün keçdiyini, haranı özünə oylaq seçdiyini hansı bulaqlardan su içdiyini öyrənmək istəyir. Şair böyük həsrətlə maralın keçdiyi yerlərdən keçməyi, içdiyi sulardan içməyi arzulayır. O, marala həsəd aparır. Çünki o təbiətin qoynunda çox gözəl yerləri gəzə bilir. Şagird müstəqil şəkildə keçmisən, seçmisən, içmisən sözlərinin səslənməsi arasında çox yaxınlıq olduğunu bildirir. Bu isə qafiyə haqqında praktik vərdiş yaradır.
Üçüncü qrupun şagirdləri bəndi oxuyub, belə izahat verir. Şair marala yalvarır ki, “ qaçmasın, pöhrəlikdən, yəni alçaq ağaclıq və kolluqdan çıxsın. Əgər çıxmasan gözlərimə qaranlıq çökər, yəni halım pis olar, kefim pozular. Heç olmasa bir anlıq dayan, sənə doyunca baxım. Tələsmə sonra yenə gedərsən”.
Dördüncü qrup axırıncı bəndi oxuduqdan sonra şagird deyir: şair marala bildirir ki, “qaçmasa lap yanına gələr, oxşayıb, qədrini bilər? Gözləri yaşarsa, silər”. Şair maralın qorxa – qorxa, mat – məəttəl baxdığını görüb deyir ki, “üzündəki sual nədir, qorxma mən ovçu deyiləm”.
5. Yekunlaşdırıcı müsahibə. Şerdən nələri öyrəndiniz? ( Maral meşələrimizdə yaşayır. Meşənin içərisindəki açiqlığa, çəmənliyə tala deyilir. Pöhrəlik körpə ağaclıq deməkdir. Maral meşələrdə, dağların yamaclarında gözəl yerləri gəzir, sərin dumduru sulardan içir. Maral ovçudan qorxduğu üçün insanlardan qaçır).
Maralı nə üçün vurmaq olmaz ? ( Meşələrimizə gözəllik verir. Gözəllikləri qorumaq isə vətəni qorumaq deməkdir. Axı gözəlliklər, təbiətin yaraşıqlı güşələri insanlar üçündür. İnsanlar belə yerlərdə yaxşı istirahət edirlər.)
Təbiətdə daha nələri qorumaq lazımdır? ( ceyranı, cüyürü, dağ keçisini, meşələri, çayları, gölləri, dənizləri, bulaqları, quşları və s.) Maralın ceyrandan fərqi nədir? (Ceyran qırmızıtəhər, qəhvəyi, maral boz, ağ rəngdə olur. Maralın buynuzu şax- budaqlı, ceyranınkı isə qısa və düz olur. Maral meşədə, ceyran isə düzdə yaşayır. Maral daha çox şimalda, qarlı – buzlu ölkələrdə, ceyran isə ancaq isti yerlərdə yaşayır. Maralı xizəyə qoşurlar, ceyranı isə yox və s.) Azərbaycanın hansı yerlərində maral və ceyran yaşayır? Maral ən çox Göy gölün ətrafındakı qoruqda, ceyran isə ən çox Muğan düzündə yaşayır. Zaqatala, İlisu, İsmayıllı qoruğunda da maral saxlanır.
6. Şerin şagirdlər tərəfindən bütöv oxunması. Şer bir neçə şagird tərəfindən bütöv oxunur. Məzmunun açılması, mənası az tanış olan sözlərin mənasının izah edilməsi, şagirdlərin təbiət haqqında, əlavə məlumat almaları, onların ifadəli oxumalarına güclü təsir göstərir. Bununla belə, müəllim hər bir şagirdin oxusunu diqqətlə izləyir, fasilənin, sürətin, məntiqi vurğunun, intonasiyanın gözlənmədiyi, tələffüz nğqsanlarına yol verdiyi hallarda onlara kömək göstərir. Oxuyan şagird üzərində yoldaşlarının nəzarəti daha böyük səmərə verir.