7. Qruplar üzrə iş. Qruplardan biri təmsili rollar üzrə (biri şairin, ikincisi cırcıramanın, üçüncüsü qarışqanın sözlərini) oxumağa hazırlaşır: ikinci qrup təmsilə sözlə şəkil çəkməyə hazırlaşır; üçüncü qrupp təsviri sənətə müraciət etməklə müvafiq şəkillər çəkir, plastilindən, təbiət materiallarından fiqurlar, illüstrasiyalar hazırlayır; dördüncü qrup təmsilə aid atalar sözləri və məsəllər (“ İşləməyən dişləməz”, “Hər işin öz vaxtı var”, “Yayda çəkən zəhməti, qışda görər ləzzəti”, “Qarışqa kimi işləyən adamdır”, “Zəhmətsevən ac qalmaz” vəs. ) tapır, beşinci qrup cırcırama və qarışqaya harada rast gəldikləri, onların necə hərəkət etmələri, cırcıramaya nə üçün belə adın verilməsi, qarışqa haqqında daha nələri bilmələri, hansı əsərləri oxumaları ( “Göyərçin və qarışqa ” , “Süleyman şah və qarışqa” ) yaxud məzmununu nəqletməyə. İnsanlar arasında belə hadisələrin baş verməsindən bəhs etməyə hazırlaşır.