FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə2/116
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#113191
1   2   3   4   5   6   7   8   9   ...   116
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

MÜHAZİRƏ MƏTNİ:

1. Giriş: Metod və Metodika nədir?

Metod üsul, yol, tərz deməkdir. Metodika üsula bağlı olmadır. Konrret olaraq, öyrətmə üsulunun, aşılamaq tərzinin tipoloji baxımdan müxtəlif yollarının nəzəri baxımdan izah edilməsi və tətbiqetmə sistemidir.



2. Ana dili tədrisi metodikasınin predmeti.

Predmetinə görə ana dilinin tədrisi metodikası konkret, sistematik xarakter daşıyır. Onun Predmeti dil və oxu üzrə öyrətmə, mənimsətmə və tətbiqetmə strukturlarını əhatə edir.

Ana dili tədrisinin predmeti dil və oxu materiallarıdır.

Ana dilinin tədrisi dil və oxu dərsliklərində verilmiş materiallara əsaslanır; həmin materiallar iki elmi sahə üzrə təqdim edilir:

Birincisi dil qrammatikasıdır: burada savad təlimi mərhələsi üçün ilkin yazı və oxu vərdişləri aşılanır, sonrakı mərhələlərdə (siniflərdə) dilimizin qrammatik qanun-qaydaları öyrədilir;

İkincisi oxu materialları—mətnləridir: mətnlər , əsasən. bədii əsərlər və bədii əsərlərdən nümunələrdir; bəzi oxu materialları xəbər, məlumat—ümumilikdə elmi-kütləvi xarakteri daşıyır.

İbtidai siniflərdə “ana dili” ümumi fənin adıdır, o, iki sahəni—yaxud belə deyək ki, iki fənni əhatə edir: a) yazı; b) oxu. Yazı sahəsi Azərbaycan dilinin qrammatika sistemi, oxu sahəsi (materialları) isə bədii, habelə publisistik ədəbiyyat materialarıdır, bu –V-XI siniflərdə tədris edilən Ədəbiyyat fənninin başlanğıcıdır. Bu mənada, şagirdlərin dil və oxu üzrə ibtidai bacarıq və vərdişlərə yiyələnmələri, qazandıqları bacarıq və vərdişlər onların yuxarı siniflərdə fənlərin sistematik, elmi-nəzəri və tətbiqi baxımdan mənimsəmələri, habelə elmi-potensial qabiliyyətlərini, bilik və bascarıqlara dərindən yiyələnmələri baxımından zəmin rolu oynayır.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin