Hər bir adamın səsi tembrlə fərqlənir. Kimin danışdığını onun səsinin tembiri ilə müəyyən etmək mümkündür.
Səsin uzunluğü (sürəti), uçuculuğu (uzağa uçaraq digər səslər fonnuda ayrılması) da müxtəlif adamlarda fərqlənir.
Oxucu öz səsinin imkanlarını bilməli və ondan şüurlu istifadə etməlidir. Oxu prosesində səs gərginləşdirilmədikdə ifadəliliyin çalarları (yumşaqlıq, istilik, soyuqluq və s.) hiss olunur.
Aşağıdakı parçalarda səsin necə hərəkət etməsini nəzərdən keçirək:
Səsin hərəkəti sətirlərin altındakı xətlərlə göstərilmişdir. Üzərinə vurğu düşən heca yuxarıya tərəf ox işarəsi ilə, səsin aşağı düşməsi isə aşağıya tərəf oxla işarə olunmuşdur.