Bədii oxuda, xüsusilə şerlərin oxunmasında ritm mühüm təşkiledici rol oynayır. Oxu prosesində sonsuz davam edən düz xətt ritmin gözlənmədiyini bildirir. Uzun müddət eşidilən eyni tonlu uğultu özünün uzunluğu ilə adamı yorur, lakin misranı xətlərlə hissələrinə ayırdıqda uğurlu bir ölçüdə, bir qərarda təkrar olunur. Belə təkrarolunma ritm adlanır. Ritim hər hansı təkrar olmayıb, eynicinsli hadisənin dövri olaraq bərabər təkrarlaemasıdır. Bu zaman sürətlənmə və yavaşıma, gərginlik və zəifləmə, uzunluq və qısalıq eyni ölçüdə növbələşir. Əslində tam eyniliyi gözləmək mexaniki ritmikliyə apara bilər. Ona görə də bir çox hallarda müəyyən yankeçmələrə yol v erilir.