Təbiətşünaslıqla əlaqəsi: Yazı və oxu dərslərinin mövzusundan və xarakterindən asılı olaraq, nəzəri və təcrübi məşğələlərdə təbiətlə, təbiətşünaslıqla bağlı müxtəlif məlumatlar, təsvirlərdən bəhs edilir. Elmi-kütləvi mətnlərdə təbiətşünaslıq elminə aid olan mövzular da xüsusi yer tutur. Ətraf aləmlə tanışlıq məşğələsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.