MÜHAZİRƏNİN GEDİŞİ:
Ədəbiyyat müxtəlif növlərdən ibarətdir. Lirik növ janr və forma baxımından zəngin və genişdir. Tədris zamanı bədii əsərlərin janr məxsusluğu nəzərə alınmalıdır. Nəsr əsərlərinin tədrisi ilə nəzm əsərlərinin tədrisi arasında müvafiq fərqlər vardır. Bu mənada dram əsərlərinin tədrisi də metodiki – elmi prinsiplərilə fərqlənir.
Lirik şeirlərin tədrisi zamanı bir sıra metodiki – elmi prinsipləri nəzərə almadan mövzunu mənimsətmək mümkün deyil.
İbtidai sinif şagirdləri oxunun elə ilk mərhələsində şeir və onun forması haqqında müəyyən təsəvvürlər əldə edirlər. Düzdür «Oxu» kitablarında ayrı – ayrı janrlar haqqında nəzəri məlumatlar verilmişdir. Bununla belə, şagirdlər şeir, nağıl, hekayə haqqında ilkin təsəvvürə malik olurlar.
Ədəbi növ və janr xüsusiyyətlərindən asılı olaraq, hər bir əsərin tədrisi ümumilikdə təlim prosesinin metodiki və elmi səviyyəsi ilə bağlıdır.
Nəsr əsərlərinin tədrisi metodikası ilə nəzm əsərlərinin tədris metodikası vəzifə və struktur baxımından bir – birinə yaxındır. Nəsr əsərlərinin nağıl və hekayə janrı maraq və həvəslə oxunur. Hər bir canrın özünəməxsus məzmun və forması vardır. Əsərlərin canrına görə tədrisi metodiki bajarıq və vərdişlərdən asılıdır.
Şagirdlər bədii əsərləri maraqla oxuyurlar. Lakin müəllim bilməlidir ki. əsas vəzifə əsərin – hekayə və nağılın məzmununu nəql etməkdən ibarət deyil. Tədrisdə nəsr əsərləri şagirdlərin bədii təfəkkürünü genişləndirməkdə, nitq vərdişlərinin formalaşmasında xüsusi yeri vardır. Unutmaq olmaz ki, ibtidai sinifdə oxu dərslərinin əsas vəzifəsi həm də şagirdlərdə bədii oxu, ifadəli oxu vərdişlərini formalaşdırmaqdan ibarətdir. Yaxşı mütaliə qabiliyyətinə yiyələnməyən uşaqlar tədrisin heç bir proqramını mənimsəyə bilməz. Şagirdlərdə mütaliə marağını isə müəllim artıra bilər. Bunun üçün dərslikdəki ədəbi nümunələrin oxusu zamanı müəllim başqa nağıl və hekayə nümunələrini də yada salmalı, əlavə nağıl və hekayə oxusu üzrə tapşırıqlar verməlidir. Çünki şagird marağı daim artan, genişlənən maraqdır, bir məsələ var ki. onu istiqamətləndirmək və artırmaq gərəkdir.
Şagirddə mütaliə marağının artırılmasında gündəlik dərs məşğələlərinin mühüm rolu vardır. Bütün tədris saatları şagirdlərdə təfəkkürü inkişaf etdirir, onun fikir və düşüncələrinin əhatə dairəsini genişləndirir. Söz ehtiyatı, hər hansı bir məsələyə sərbəst münasibət bildirmək qabiliyyəti şagirdin mövzuları mənimsəmə prinsipindən də asılıdır.
Bədii əsərin tədrisində əsasən iki mərhələ vardır:
Dostları ilə paylaş: |