FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə93/116
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#113191
1   ...   89   90   91   92   93   94   95   96   ...   116
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

Səhərdir, üfüqlərdən

Qızıl günəş boylanır.

Əks edir bulaqlarda

Sular alışıb yanır.

(Z. Cabbarzadə)

Şerdəki “üfüq ”, “ əks etmək ” sözləri şagirdlərə tanış deyil. Onlar suların “Od tutub yanmasına”, inanmırlar, çünki belə bir mənzərənin şahidi olmamışlar. Ona görə də müəllim həmin ifadələrin mənasını izah etməli, uşaqlara başa salmalıdır ki, səhər tezdən üfüqdən (göylə yerin birləşdiyi kimi görünən yerdən) hava işıqlaşmağa başlayır . Buna “dan yerinin ağarması” deyilir. Getdikdə hava sürətlə işıqlaşır, günəşin şüaları göyün üzünə yayılır. Bir qədər sonra günəş görünməyə, şairin dediyi kimi “boylanmağa” başlayır, getdikcə yuxarı qalxır, yarımdairə şəklində görünür. Onun qıpqırmızı, alışıb- yanan oda bənzər işığı kənd bulaqlarının dumduru sularına düşür, orada əks olunur. Adam suya baxanda günəşin işığını orada görür. Elə təəssürat yaradır ki, elə bil su od tutub yanır.

Yaxşı olar ki, müəllim şeri oxumazdan əvvəl kimin belə bir mənzərəni gördüyünü xəbər alsın. Şagirdlər görməmişlərsə, şer oxunandan sonra günəşin doğmasını müşahidə etməyi tapşırmaq mümkündür.

Bədii təhlil prosesində nitqin obrazlılığı üzərində iş şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi və dəqiqləşdirilməsini də təmin edir. Bədii mətinlər oxunduqdan və onun əsas ideyası izah edildikdən sonra müəllim şagirdlərin diqqətini müəllifin qəhrəmanının hərəkətlərini hansı söz və ifadələrlə açıb göstərməsinə, bədii lövhəni hansı söz və ifadələri adi sözlər kimi deyil, məzmunla bağlı qazandığı mənada çatdırmalı, onlarda dilə maraq oyatmalıdır.

Əsərin obrazlı dilini şagirdlərin necə başa düşə biləcəklərini göstərmək üçün II sinifdə F. Qocanın «Göy göl » şerinin təhlilini nəzərdən keçirək. Müəllim əvvəlcə kimlərin Göy gölü gördüyünü xəbər alır. Onu görənlərdən Göy göl haqqında danışmağı tələb edir. Onların dediklərini müəllim tamamlayır. Beləliklə, uşaqlar Göy göl haqqında müəyyən məlumat əldə edirlər.

Şer müəllim tərəfindən ifadəli oxunur. Hər bəndi bir şagird tərəfindən oxunduqdan sonra müəllim sinfə tapşırıq verir. «Uşaqlar, indi yoldaşınız şerri bütöv oxuyacaq. Siz diqqət yetirin görək şair Göy gölü nələrə bənzədir». Şer oxunduqdan sonra müəllim sinfə müraciət edir :


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin