Fənnin oyrənilməsinsdə məqsəd


Kompüter qrafikasının əsas anlayışları



Yüklə 29,23 Kb.
səhifə4/5
tarix03.11.2022
ölçüsü29,23 Kb.
#118920
1   2   3   4   5
leksiya 1

1.3. Kompüter qrafikasının əsas anlayışları

Verilənlərin qrafiki şəkildə kompüterin monitorunda təsviri ilk dəfə keçən əsrin 50-ci illərinin ortalarında böyük EHM-lərdə elmi və hərbi tədqiqatların aparılması zamanı həyata keçirilmişdir. Bu gün istifadəçinin qrafiki interfeysi Əməliyyat Sistemindəndən baş­layaraq müxtəlif sinif proqram təminatları üçün standart hesab edilir.


Informatikanın xüsusi bir sahəsi olan kompüter qrafikası proqram və aparat vasitələrinin köməyi ilə müxtəlif formatlı təsvirlərin yaradılması və redaktəsi üçün üsul və vasitələri öyrənir.
Kompüter qrafikası (KQ) insanın qavraması üçün ya monitorun ekranında, ya da xarici daşıyıcılarda (kağız, kinolent, parça və s. üzərində) surət formasında mümkün olan təsvirin təqdim edilməsinin bütün növlərini və formalarını əhatə edir. Verilənlərin vizuallaşması insan fəaliyyətinin ən müxtəlif sahalərində tətbiq edilməkdədir. Buna misal olaraq tibbdə kompüter tomoqrafiyasını, elmi tədqiqatlarda maddənin, vektor sahələrin və digər verilənlərin quruluşunun vizuallaşdırılmasını, parçaların və paltarların modelləşdirilməsini, təcrübə-konstruktor işlərini göstərmək olar.
Gündəlik həyatda təsvirlərin 2 tipi ilə rastlaşırıq: xüsusi alətlərin köməyi ilə yaradılan şəkilləri və fotoaparatın köməyi ilə dəqiq təsvir olunan fotoşəkillər. Kompüter qrafikası dz bu tip təsvirlərlə işləyir. Burada fotoşəkil – rastr qrafikası, adi şəkil isə vektor qrafikası adlanır.
Hər bir tip qrafika üçün müxtəlif redaktorlardan istifadə olunur. Qrafiki təsvirlərin yaradılması və emalı məqsədi ilə istifadə olunan qrafiki redaktorların aşağıdakı sinifləri möv­cuddur:

  • Rastr redaktiorları;

  • Vektor redaktiorları;

  • Üçğlçülü qrafiklərin təşkil edilməsi və emalı proqram vasitələri (3D redaktorlar):

  • Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD – sistemlər).



1.4. Kompüter qrafikasında rəng əhatəliliyi

Kompüter qrafikasında rəng əhatəliliyinin xüsusiyyəti ağ-qara və rəngli qrafika kimi xarakterisə olunur. Ayrı-ayrı sahələr üzrə ixtisaslaşmalarda kompüter qrafikasının mühındis qrafikası, elmi qrafika, Veb qrafika, kompüter poliqrafiyası və s. kimi bölmələrinin adını göstərmək olar. Kompüter, televiziya və kino texnolo­giyalarının birləşməsindən nisbətən yeni sahə – kompüter qrafikası və animasiya yaranmışdır və sürətlə inkişaf etməkdədir.


Kompüter qrafikasında əyləncə xarakterli təsvirlərin yaradılmasına kifayət qədər yer ayrılmışdır. Oyunlarda verilən­lərin qrafiki təqdimatı mexanizmi (Graphics Engine) kimi hətta anlayış yaranməşdır. Bu sahə həm də biznes baxımından gəlirli olduğundan qrafika və animasiyanın təkmilləşdirilməsinin növbəti mərhələsində stimul yaradır.
Kompüter qrafikasında adətən “ayırdetmə” anlayışı ilə daha çox dolaşıqlıq yaranır. Buna səbəb odur ki, eyni vaxtda müxtəlif obyektlərin bir neçə xassələri ilə iş aparmaq lazım gəlir. Ona görə də “ekran ayırdetməsi”, “printer ayırdetməsi” və “təsvir ayırdetməsi” anlayışlarını dəqiq fərqləndirmək lazımdır. Bu anlayışlar hamısı müxtəlif obyektlərə aiddir. Şəklin monitorun ekranında, kağızda tutduğu yer və ya sərt diskdə faylın hansı fiziki ölçüyə malik olduğunu bilmək tələb olunmadığı hallarda ayırdetmənin bu növlərinin bir-biri ilə heç bir bağlılığı yoxdur.



Yüklə 29,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin