Ekran ayırdetməsi kompüter sisteminin (monitor və videokartdan asılıdır) və ƏS-nin (ƏS-nin sazlanmasından asılıdır) xassəsidir. Ekranın ayırdetməsi piksellərlə ölçülür və ekrana bütövlükdə yerləşə biləcək təsvirin ölçüsünü təyin edir.
Printer ayırdetməsi – vahid uzunluqlu sahədə çap oluna biləcək ayrı-ayrı nöqtələrin miqdarını ifadə edən printerin xassəsidir. O dpi-lərlə ölçülür və verilmiş keyfiyyətlə təsvirin ölçüsünü və ya əksinə verilmiş ölçüdə təsvirin keyfiyyətini təyin edir.
Təsvirin ayırdetməsi – təsvirin öz xassəsidir. O da dpi-lərlə ölçülür və qrafiki redaktorlarda və ya skaner qurğusunun köməyi ilə təsviri yaradarkən verilir. Təsvirin ayırdetməsinin qiyməti təsvirin faylında mühafizə edilir və təsvirin büşqa xassələri ilə – onun fiziki ölçüsü ilə ayrılmaz əlaqəlidir.
Təsvirin fiziki ölçüsü həm piksellə, həm də uzunluq vahidləri ilə (mm, sm, düym) ölçülə bilər. O, təsviri yaradarkən verilir və faylla birlikdə mühafizə olunur.
Virtual fəzada obyektlərin həcm modellərinin qurulması üsullarını və metodlarını öyrənən 3D (3 Dimension) üçölçülü qrafika kompüter qrafikasının ayrica predmeti hesab edilir. Üçölçülü qrafika, ixtisaslaşmış proqramların köməyi ilə səthdəki obyektin üçölçülü modelinin həndəsi proyeksiyasını qurmağa imkan verir. Bu üsulla qurulan modelin predmeti mümkün qədər aydın, başadüşülən olur.