Fənnin proqrami kursun məzmunu



Yüklə 1,17 Mb.
səhifə13/86
tarix01.01.2022
ölçüsü1,17 Mb.
#104706
1   ...   9   10   11   12   13   14   15   16   ...   86
İnformasiyanın ölçü vahidləri.

Mürəkkəb idarəetmə sistemləri anjaq informasiya əsasında fəaliyyət göstərir. Ona görədə informasiyanın ölçülməsi prosesi meydana çıxır. Tutaq ki, m simvoldan n elementli sözlər müəyyən məlumatlar çoxluğunu (N) təşkil edir. Onda bu çoxluğu təşkil edən sözlərin ümumi sayı N=mn şəklində olar. m=2, n=3 olarsa N=23=8 olar.

Düsturdan göründüyü kimi məlumatların sayı onun elementləri ilə eksponensial asılılıqla ifadə olunur.

1928-ji ildə Amerika alimi R.Xartli informasiyanın miqdarının müəyyən olunması üçün aşağıdakı düsturu təklif edir:

l=loq2N

burada l-informasiyanın miqdarıdır.

Xartlinin verdiyi düstura əsasən ən kiçik informasiya vahidi qəbul edilmişdir. Belə ki, n=1,m=2 olarsa l=loq2N=1loq22=1 (əgər m=1 olarsa l=0 olar).

Beləliklə l=loq22=1

1948-ji ildə Amerika alimi K.Şennon informasiyanın orta miqdarını müəyyən etmək üçün aşağıdakı düsturu təklif etmişdir.

Burada P1,…Pn aparılan sınaqların sayıdır.

Əgər hadisə eyni ehtimallıdırsa P1=P2=Pn=1/N onda, P1,…Pn bərabərdirsə onda onlar da 1/N bərabərdir. Beləliklə Xartlinin dusturu alınır.

Beləliklə Xartlinin təklif etdiyi düstur alınır. Burada H-təsadüfi kəmiyyətin entropiyası adlanır və sınağın nətijələrinin qeyri müəyyənliyinin ölçüsüdür.

İnformasiyanı ölçmək üçün ən minimal informasiya vahidi kimi Şennonun təklifi ilə bit (ingilisjə binary digit (ikilik rəqəm) sözundən) qəbul edilmişdir. 8 bitimiz 1 bayta bərabərdir. Beləki 256 sivolluqklaviatura alfavitini kodlaşdırmağa 8 bayt kifayyətdir (256=28) Praktikada isə əsasən aşağıdakı daha böyük informasiya ölçü vahidləri işlədilir:

1 Kb = 1024 bayt = 210 bayt; 1 Mb= 1024 Kb = 220 bayt; 1Qb= 1024 Mb = 230bayt; 1Tb = 1024 Qb = 240bayt; 1Pbayt = 1024 Tbayt=250bayt

.

MÜHAZİRƏ 2: HESABLAMA TEXNİKASININ İNKŞAF MƏRHƏLƏLƏRİ EHM- LƏRİN NƏSİLLƏRİ. MÜASİR EHM- LƏRİN TƏSNİFATI.



FƏRDİ KOMPÜTERLƏRİN ARXİTEKTURASI, ƏSAS VƏ

ƏLAVƏ QURĞULARI.




  1. Müasir ehm- lərin təsnifatı.

  2. Fərdi kompüterlərin arxitekturası

  3. Kompüterin arxitekturasında Fon Neyman prinsipi

  4. EHM-lərin qurulmasında informasiyanın məntiqi əsasları.

  5. Fərdi kompüterlərin əsas və əlavə qurğuları.

  6. Kompüterlərin proqram təminatı.

Hesablama texnikasının inkşaf mərhələləri.

İnformatikanın əsas tərkib hissəsi olan kompüter texnikası kompüterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə İnformatikanın inkişaf tarixi də kompüter texnikasının inkişaf tarixinə uyğundur. Həmin tarixə qısaja nəzər salaq.

  • İlk hesab vasitəsi e.ə.V-əsrdə Çində Abak adı ilə hesablama jihazı yaradıldı.

  • İlk dəfə Blez Paskal (Fransa) 1642-ji ildə jəmləyiji maşın hazırlamışdır;

  • 1673-jü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır;

  • 1830-su ildə Çarlz Bebij (İngiltərə) praqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa jəhd göstmişdır. Bebijin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur;

  • 1930-su ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir;

  • Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-jı illərində Amerika alimləri Jon Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-jı ildə ABŞ–da ENİAK adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir ki, həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. Elə həmin vaxtdan da başlayaraq kompüter texnikası və texnologiyası yüksək surətlə inkişaf etməyə başlamışdır.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin