Fənnin proqrami kursun məzmunu



Yüklə 1,17 Mb.
səhifə50/86
tarix01.01.2022
ölçüsü1,17 Mb.
#104706
1   ...   46   47   48   49   50   51   52   53   ...   86
İstinad – düsturun tərkibinə xananın ünvanının yazılışıdır. Məs., =(A5+$C$3) düsturunda A5, $C$3 kimi iki istinad var. Istinadlar mütləq, nisbi və qarışıq ola bilər.

Funksiya – təyin olunmuş hesablama əməliyyatlarını yerinə yetirməyi göstərən riyazi yazıdır. Funksiya adı və dairəvi mötərizədə göstərilmiş bir və ya bir neçə arqumentdən ibarərdir.

Məs., =SUMM(A1:A12)

= LOG10(C3)

=Если(А1<15; ”INFORMATIKA“;”АКТА“)
Xananın göstəricisi – cədvəlin aktiv xanasını seçən çərçivədir. Göstəricinin yeri maus və ya idarəedici klavişlərin köməyilə dəyişilir.

Formatlaşdırma – bir və ya bir neçə xanalara yazılan verilənləri əks etdirmək üçün parametrlərin təyinidir. Bu parametrə şriftin növü və ölçüsü, çərçivə, rəng, xananın qiymətinin tənləşdirilməsi və s. aiddir. Bunlar menyunun əmrləri, kontekst menyu və ya alətlər panelinin düymələrinin köməyilə təyin edilir. xanaların formatlaşdırılması qiymətlər daxil edilməzdən əvvəl və sonra yerinə yetirilə bilər.

Stil – formatlaşdırma parametrlərinin çoxluğudur. Stilin adını göstərməklə onu seçilmiş xanaya tətbiq etmək olar.

Siyahı – verilənlər bazası ilə işləmək üçün xüsusi şəkildə tərtib olunmuş cədvəldir. Bu cədvəldə hər bir sütun sahəni, sətir isə verilənlər bazası faylının yazılarını göstərir.

Qeyd: Bir və ya bir neçə xanada şərh kimi istifadə olunan mətndir. Qeyd həmçinin səsli də ola bilər.

Excel pəncərəsinin strukturu demək olar ki, Word prosessorunun strukturuna oxşayır. Burada da baş menyu sətri, alətlər paneli, aktiv işçi kitab pəncərəsi, Excelin sistem menyusunun düyməsi, Excel və sənəd pəncərələrinin ölçülərini idarə edən düymələr, vəziyyət sətri, fırlatma zolaqları var. Bu elementlərin vəzifəsi Word-ün eyni adlı elementlərinin vəzifəsinə uyğundur. Əsas pəncərənin xarici görünüşünü müəyyən parametrləri seçməklə dəyişdirmək mümkündür.

Excel pəncərəsinin Word mətn prosessorunda olmayan elementlərini şərh edək:

Düstur sətri – cari xananın tərkibini əks etdirmək və redaktə etmək üçün nəzərdə tutulub. Sağ hissədə xananın tərkibi təsvir olunur ki, bunu da sətrin mərkəzində yerləşən düymənin köməyilə redaktə etmək mümkündür. Xanaya verilənləri daxil etmək və onun tərkibinin redaktəsi bilavasitə xananın özündə həyata keçirilir. düsturlar sətrində cədvəlin cari xanasına yazılan düstur əks olunur. Sol hissə sahələr adı adlanır və aktiv xananın ünvanı, seçilmiş xanalar diapozonunun adı və ya ölçüsü əks olunur.

Vərəqələr yarlığı və onları fırlatma düyməsi işçi kitabın uyğun vərəqinin əksi və seçilməsi üçün nəzərdə tutulub.

Vəziyyət sətri – iki hissədən ibarətdir. Sol hissədə menyunun seçilmiş əmrinin vəzifəsi haqqında qısa məlumat təsvir olunur. Burada həmçinin yerinə yetirilən cari əməliyyat haqqında informasiya əks olunur. Sağ hissə isə klaviaturanın bəzi funksiyalarını və cari daxiletmə rejimini əks etdirən 5 sahədən ibarətdir:

Num –klaviaturanın rəqəm bloku ( Num Lock klavişi) aktivdir;

Caps – klaviaturanın Caps Lock klavişi aktivdir;

ВДЛ –seçmə rejimi aktivdir (F8);

ДОБ- qonşu olmayan xanalar diapozonunu seçmə rejimi aktivdir ( Shift+F8);

FİX – Параметры ( Options) dialoq pəncərəsinin правка ( edit) vərəqində “Фиксированный десятичный формат при вводе” ( Fixed decimal) bayrağı təyin olunub. Bu hissədə vəziyyət sətrinin kontekst menyusundan istifadəçi tərəfindən seçilən funksiyanın adı, cari xanalar diapozonuna uyğun hesablamanın nəticəsi əks olunur.
MÜHAZIRƏ 16-17. EXCEL CƏDVƏL PROSESSORUNDA FUNKSIYALAR USTASI, VERILƏNLƏR BAZASININ YARADILMASI VƏ ONLARDAN ISTIFADƏ QAYDALARI

Plan:


  1. Standart funksiyalar

  2. Dioqramların, qrafiklərin qurulması və redaktə olunması

  3. Verilənlər bazası anlayışı, verilənlər bazasının tərtib olunması

  4. Siyahının çeşidlənməsi, Yazıların seçilməsi

  5. Makrosların yaradılması və istifadə qaydaları

Hesablama işlərini sürətləndirmək məqsədilə qabaqcadan tərtib olunmuş müxtəlif təyinatlı standart funsiyalardan istifadə etmək mümkündür. Əgər funksiyanın yazılış və ümumi istifadə qaydası istifadəçiyə məlumdursa, o bir başa hesablama aparılacaq xanada funksiyanı, onun arqumentini verib prosesi yerinə yetirə bilər. Əks halda nəticə xana qeyd edildikdən sonra, aşağıda göstərilən qaydalardan biri vasitəsilə standart funksiyaları işə salmaq olar:

-Vstavka (Insert) menyusundan Funküii (Function) əmri seçil­məklə;

-Alətlər panelindən Master funküii (Function Wizard)- funksi­ya­­lar ustası seçilməklə.

Hər iki halda ekranda aşağıdakı “Master funküii-şaq 1 iz 2” pəncərəsi açılır:

Açılmış bu pəncərədən istifadə etmək istədiyimiz funksiyanın daxil olduğu kateqoriya (hansı sahəyə, ixtisasa görə-riyaziyyat, maliyyə, statistika və s.), funksiya pəncərəsindən isə axtardığımız funksiya qeyd olunur. Pəncərənin aşağısında funksiyanın təyinatı, yazılış qaydası verilir. Sonra OK düyməsi sıxılır. Seçdiyimiz funksiyaya uyğun verilənləri daxil etmək üçün Arqumenti funküii pəncərəsi ekranda açılır.


Burada funksiyanın qiymətini hesablamaq məqsədilə tələb olunan verilənlər və ya verilənlərin yerləşdiyi diapazon daxil edilir. Əgər tələb olunanlar düzgün yerinə yetirilərsə, avtomatik olaraq verilən qiymətlər və funksiyanın hesablanmış qiyməti göstərilir. «Ok» düyməsini basılması ilə qiymət əvəlcədən təyin olunmuş xanaya və ya diapazona verilir.




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin