2. Ədədlərin cəmlənməsi:
=SUMM (çislo1,çislo2,…) [SUM(number1,number2,…)]
funksiyası tətbiq olunur.Burada, çislo1,çislo2,… üzərində cəmləmə əməliyyatı aparılacaq ədədlər və ya ünvanlar göstərilir.
Əgər A1-dən A10-dək və C1-dən C10-dək oyuqlarda olan ədədləri cəmləmək lazımdırsa funksiyanı:
=SUMM (A1:A10,C1:C10) [Sum(A1:A10,C1:C10)]
Əgər A1-dən A10-dək oyuqlardakı ədədləri cəmləmək lazımdırsa:
=SUMM (A1:A10) [Sum(A1:A10)]
A1 və A10 oyuqlarındakı ədədləri cəmləmək lazımdırsa:
=SUMM (A1,A10) [Sum(A1,A10)]kimi yazmaq lazımdır.
Bu əməliyyatları alətlər panelindəki avtocəmləmə (AUTOSUM) düyməsilə də yerinə yetirmək olar.
Dostları ilə paylaş: |