Misal2. Tarixlər fərqinin hesablanması.
Tutaq Ki, 29/12/2005-cı il tarixindən 22/11/2006-cı il tarixə Kim neçə gün keçdiyini tapmaq lazımdır. Onda seçilmiş oyuğa =”22/11/2006“-“29/12/2005“ düsturu üazılmalıdır. Enter düyməsini sıxdıqda həmin oyuqda 07.06.2007 tarixi alınacaqdır.
V. Şərt funksiyaları.
İfadələr üzərində hesab əməliyyatları ilə yanaşı məntiq əməliyyatları da aparmaq mümkündür. Qeyd edək ki, məntiq əməliyyatlarında ən azı bir müqayisə operatorundan istifadə olunmalıdır. Müqayisə operatorları aşağıdakılardır:
= (bərabərdir), >(böyükdür), <(kiçikdir), >=(böyük və ya bərabərdir), <= (kiçik və ya bərabərdir),<> (bərabər deyil).
Məntiq əməliyyatlarının nəticəsi doğru True (1) və ya yalan False (0) qiymətlər ala bilər.
Şərt funksiyaları ESLİ (if-əgər), İ (AND-və), İLİ(OR- və ya), İSTİNA (TRUE-doğru), LOJĞ(FALSE-yalan), NE (yox) funksiyalarından ibarətdir.
Dostları ilə paylaş: |