=ESLİ(İ(S5<37;C5>36);”saqlam”;”xasta”) əmri verilərək, nəticəsi uyğun olaraq B1:B5 oyuqlarında yazılmışdır.
DİOQRAMLARIN, QRAFİKLƏRİN QURULMASI VƏ REDAKTƏ OLUNMASI
Cədvəllərdə müəyyən verilənlərin hər hansı bir parametrdən asılı olaraq dəyişmə dinamikasını əyana şəkildə göstərmək üçün dioqramlardan istifadə edirlər. Dioqramlar elektron cədvəldəki məlumatların qrafik formada görünməsinə şərait yaradır. Məlumatlar cədvəllərdə dəyişdikcə dioqramlar da onlara uyğun dəyişir. Excel cədvəl prosessorunda qrafik və dioqramların qurulması üçün əvvəlcə verilənlər cədvəli yaradılır. Təbii ki, dioqram qurmazdan əvvəl işçi vərəqdə dioqramları yaradacaq göstəriciləri seçmək lazımdır.
Sonra “Vstavka” menyusundan “Dioqramma” əmri və ya alətlər panelindən seçilir. Bu zaman ekranda “Master dioqramm (şaq 1 iz 4): tip dioqrammı” pəncərəsi açılır.
Bu dialoq pəncərəsindən Standart və Qeyri standart dioqramlar, onların tipi ( qistoqramm, xətti, qrafik, dairəvi, silindrik, konusvari, pramida şəklində və s.) və görünüşü seçilib, Dalee düyməsi sıxılır. Açılan pəncərədən qrafik və ya dioqram çəkiləcəyi vərəqin nömrəsi, verilənlərin diapozonu və sətir və ya sütun üzrə olması qeyd olunur. Dalee düyməsi ilə növbəti mərhələlərə keçilir. Rədğ rejimi ilə göstəricilərin adı verilir. Növbəti addımda dioqrama ad verilir, qrafikdə koordinant oxlarına ad verilir, koordinantlarla əlaqədar atributlar müəyyən olunur, leqendaların yerləşməsi verilir, dioqram və ya qrafikin yerləşəcəyi işçi vərəq göstərilir. Sonuncu mərhələdə «Qotovo» düyməsi basılır və qrafik işçi vərəqə yerləşdirilir. Qeyd edək ki, tələbata uyğun olaraq həm ikiölçülü, həm də üçölçülü koordinant sistemindən istifadə etmək mümkündür. Nəticə ayrıca pəncərə şəklində də verilə bilər. Qrafikin sonradan formatlaşması kontekst menyu ilə aparılır.
Qrafik və ya dioqram alındıqdan sonra onun elementləri üzərində dəyişiklik etmək mümkündür. Bunun üçün həmin elementi aktivləşdririk, sonra isə mousun sağ düyməsini basmaqla açılan pəncərədən kontekst menyudan istifadə edərək redaktə və ya yeni düzəlişlər həyata keçirilir. Bunun üçün Format oblastı dioqrammı, Format rəda dannıx, Format podpisey dannıx əmrlərindən istifadə olunur.
Dostları ilə paylaş: |