VERİLƏNLƏR BAZASI ANLAYIŞI, VERİLƏNLƏR BAZASININ TƏRTİB OLUNMASI
Verilənlər bazası xüsusi proqramlar vasitəsilə kompüterin yaddaşına yazılmış şəklində tərtib olunmuş siyahıdır. Bu xüsusi proqramlara verilənlər bazasının idarəetmə sistemləri (VBİS) deyilir. Bazanın idarəetsə sistemləri yaradılarkən baza ilə idarəetmə sistemi arasında dinamik əlaqə olmalı, lakin bunlardan birinin dəyişməsi digərinn dəyişdirilmə tələbini doğurmamalıdır. İdarəetmə sistemi istifadə, tətbiq vaxtından sadə və mütəhərrik olmalı, ayrı-ayrı əmrlərdən, funksiyalardan ibarət olmalıdır. İdarəetmə sistemləri müxtəlif təyinatlı bazalarda, bazalar isə müxtəlif sistemlərlə işləmə qabiliyyətinə malik olmalıdır. VBİS -lər cədvəldəki məlumatları hər hansı əlamətlərə görə çeşidləməyə, qruplaşdırmağa və seçməyə imkan verir.
Excel vasitəsilə cədvəllər tərtib olunarkən bir sıra sadə qaydalara riayyət olunarsa, Excel-də VBİS –lərin yerinə yetirdikləri funksiyaları yerinə yetirə bilər. Bu qaydalar aşağıdakılardır:
Cədvəlin hər bir sütununun başlığı olmalıdır;
Hər bir sütunda eyni tipli məlumatlar olmalıdır;
Başlığı digər sətirlərdən boş sətir və ya qırıq-qırıq xətlə ayırmaq məsləhət görülmür;
Sütunu aralıq ilə başlamaq məsləhət görülmür. Bu çeşidləmə və axtarış zamanı çətinlik yaradır.
Qeyd edək ki, verilənlər bazasında cədvəllərin sətirləri yazı, sütunları sahə adlanır. Bazanın hər bir sətrindəki elementlərə müraciət bir yazıya müraciət kimi qəbul olunur. Əgər elementdə və ya yazıda dəyişiklik etmək lazım gələrsə xüsusi əlamətə və ya tipə görə o sağrılır və əməliyyat yerinə yetirilir.
Verilənlər bazasına tələblərinə cavab verən cədvəlləri yaradılması Dannıe menyusunun Forma əmri vasitəsilə aşağıdakı qaydada tərtib etmək olar:
Cədvəlin sütunlarının başlıqlarının yazıldığı sətir tərtib olunur.
Bu sətir qeyd olunur. Sonra Dannıe menyusunun Forma əmri yerinə yetirilir. Bu əmr nəticəsində cədvəlin elementlərini daxil etmək üçün sütunun başlıqları yazılmış dialoq pəncərəsi ekranda görünür.
Siyahının hər bir sətrinə uyğun verilənlər daxil olur. Sonra pəncərədəki Dalee düyməsi sıxılır.
Dostları ilə paylaş: |