4. Verilənlər bazasının açılması, bağlanması, sıxılması və bərpası
MS Access proqramı məlumatları saxlamaq, axtarmaq və təqdim etmək imkanlarını verən aşağıdakı obyektlərdən ibarətdir:
Cədvəllər (Tables) verilənlər bazalarının əsasını təşkil edir . Bütün məlumatlar bazalarda saxlanılır. MS Access proqramında çoxlu sayda cədvəllər yaratmaq olar.
Formalar (Forms) məlumatların cədvəllərə daxil edilməsini və baxışını forma pəncərəsi vasitəsilə yerinə yetirmək üçün istıfadə olunur. Formalar məlumatları ekranda məhdud şəkildə əks etdirməklə, məlumatların həcmini azaltmaq və məlumatları ekranda tələb olunan şəkildə təsvir etmək imkanı verir.
Hesabatlar (Repots) verilənlər bazalarındakı məlumatları çap məqsədilə sənəd çəklində əks etdirmək üçün istifadə olunur.
Sorğular (Queries) verilənlər bazalarındakı məlumatların tapılıb əldə edilməsi vasitəsidir. MS Access proqramında sorğuların yaradılmasında nümunəyə görə sorğu adlanan üsuldan istifadə olunur. Sorğular vasitəsilə lazım olan məlumatları müxtəlif şərtlərə əsasən bir və ya bir neçə cədvəllərdən tapmaq olar.
Səhifələr (Pages) İnternet və ya İnternet şəbəkələri vasitəsilə MS Access və ya MS SQL Server verilənlər bazalarında saxlanılan verilənlərə baxmaq və onlarla işləmək üçün xüsusi Web səhifələrini hazırlayır.
Makroslar ( Macros) tez –tez icra olunan əməliyyatların avtomatlaşdırılması məqsədini daşıyır. Hər makros bir və ya bir neçə makroəmrlərdən ibarət olur. Onların hər biri müəyyən əməliyyatı icra edə bilər, məs., formanı açır, hesabatı çapa göndərir və s.