Fənnin proqrami kursun məzmunu


Verilənlər bazasının yaradılması



Yüklə 1,17 Mb.
səhifə73/86
tarix01.01.2022
ölçüsü1,17 Mb.
#104706
1   ...   69   70   71   72   73   74   75   76   ...   86
Verilənlər bazasının yaradılması

MS Access verilənlər bazası iki üsulla yaradıla bilər. birinci üsulda boş verilənlər bazası yaradılır və sonra ona cədvəllər, formalar, hesabatlar və digər obyektlər əlavə olunur. İkinci üsul isə xüsusi usta proqramın köməyilə müəyyən tipli verilənlər bazasının yaradılmasıdır. Bu üsulla yaradılan verilənlər bazası üçün zəruri olan cədvəllər, formalar və hesabatlar proqram tərəfindən avtomatik yaradılır. Belə ki, MS Access proqramına böyük çeşiddə hazırlanmış verilənlər bazaları daxildir. Hansı üsulla yaradılmasından asılı olmayaraq hər iki halda yaradılan verilənlər bazasında dəyişiklik etmək və bazanı genişləndirmək mümkündür.

Boş verilənlər bazasının yaradılması üçün aşağıdakı əməliyyatları icra etmək lazımdır:


  1. Proqram pəncərəsinin File menyusundan New əmri seçilir və ya alətlər sətrindən bu əmrə uyğyn düymə sıxılır. Pəncərənin sağında açılan New File dialoq pəncərəsindən Blank database ( boş blanklar bazası) əmri seçilir.

  2. Ekrana File NewDatabase (yeni verilənlər bazası faylı) adlı pəncərə açılır.

  3. Pəncərənin Sve in (burada saxla) sahəsindən yaradılan VB faylını saxlamaq üçün istədiyimiz qovluğun adı seçilir. Yeni yaradılan verilənlər bazasını saxlamaq üçün proqram öncə My Documents (Sənədlərin ) qovluğunu açır.;

  4. File name ( faylın adı) sətrinə yaradılan fayla veriləcək ad yazılır və create (yarat) düyməsi sıxılır. Ekrana yeni verilənlər bazasının obyektlərini yaratmaq üçün fayl pəncərəsi açılır.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin