=SUMMESLİ(B1:B7,”>400000”, C1:C7)
Verilmiş oyuqlar diapozonunda müəyyən şərti ödəyən ədədlərin sayını tapmaq üçün:
=Sçetesli(diapazon, uslovie) [=Countif(range, criteria)]
funksiyası tətbiq olunur. Məsələn, maaşı 400000 -dən az olan işçilərin sayını müəyyən etmək üçün =Sçetesli(B1:B7,”<400000”) kimi yazmaq lazımdır.
=Subtotal(function_num, refl)-bu unversal funksiya olub, 11-dək əməliyyat icra edə bilir.
Burada, function_ num-tətbiq ediləcək funksiyanın nömrəsidir. 1-dən 11-dək müxtəlif qiymətlər ala bilər. Refl- oyuqların diapazonudur.
1. Srznaç [AVERAGE]-Orta ədədi qiymət hesablayır.
2. Sçet [COUNT]-Verilmiş diapazondakı ədədləri sayır.
3. SçetZ [COUNTA]-Oyuqlarda bütün tip verilənləri sayır.
4. MAKS [MAX]-Ədədlər içərisindən ən böyüyünü seçir.
5. MİN [MIN]-Ədədlər içərisindən ən kiçiyini seçir.
9. SUMM [SUM]-Verilmiş diapazondakı ədədləri cəmləyir.
Məsələn, =Subtotal(1,A1:A10)- funksiyası A1:A10 diapazondakı ədədlər üçün orta ədədi qiyməti, =Subtotal(9,A1:A10)- funksiyası həmin diapazondakı ədədlərin cəmini hesablayır.
Dostları ilə paylaş: |