Fənnin proqrami kursun məzmunu


MS Access proqramının menyu əmrləri



Yüklə 1,17 Mb.
səhifə70/86
tarix01.01.2022
ölçüsü1,17 Mb.
#104706
1   ...   66   67   68   69   70   71   72   73   ...   86
MS Access proqramının menyu əmrləri

MS Access ilə qarşılıqlı əlaqə menyu əmrlərinin köməyilə həyata keçirilir. Windows əməliyyat sistemində mühitində işləyən digər proqramlarda olduğu kimi olduğu MS Access proqramında da menyular konkret vəziyyətdən asılı olaraq dəyişir. Hər obyekt üçün açılan pəncərənin özünə uyğun əmrlər və funksiyalar toplusu mövcuddur. Menyu əmrləri digər proqramlarda olduğu kimi maus və ya klaviatura düymələri (F10 və ya Alt) ilə seçilə bilər.

MS Access proqramının menyu əmrləri aşağıdakılardır:

File (Fayl) menyusu



  • New (Yarat) –yeni verilənlər bazası yaradır;

  • Open (aç) – mövcud verilənlər bazasını açır;

  • Get External Data( verilənləri kənardan al) –başqa verilənlər bazası fayllarındakı cədvəlləri, sorğuları, formaları və s. aktiv verilənlər bazası faylına idxal edir (İmport) və ya onlarla əlaqə (Link) yaradır;

  • Close( bağla) –fayl pəncərəsini bağlayır;

  • Exit( çıx) - MS Access proqramını bağlayır;

  • Save(yadda saxla ) seçilmiş obyekti ( məsələn cədvəli, formanı və s.) yaddaşa yazır;

  • Save As( fərqli adla saxla) – seçilmiş obyekti ( məsələn cədvəli, formanı və s.) yeni adla yadda saxlayır;

  • Export( İxrac et)- seçilmiş obyekti ( cədvəli, formanı, hesabatı) başqa verilənlər bazalarına ixrac edir;

  • Print( çap et)- seçilmiş obyekti ( cədvəli, formanı, hesabatı) çapa göndərir;

  • Page Setup(Səhifə parametrləri) –səhifə parametrlərinin təyin edir;

  • Print Preview(çapdan öncə baxış) – sənədə çapdan öncə baxış edir;

  • Database Properties( verilənlər bazasının xüsusiyyətləri)-verilənlər bazasının xüsusiyyətlərini göstərir;

Edit menyusu

Edit (redaktə) menyusunun əmrləri aşağıdakılardır:



  • Cut( kəs) – seçilmiş obyekti kəsib buffer yaddaşına yazır.

  • Copy( köçür) - seçilmiş obyektin surətini buffer yaddaşına yazır.

  • Paste (yapışdır) –bufer yaddaşındam məlumatları kursorun olduğu yerə əlavə edir;

  • Delete( sil)-seçilmiş obyekti silir;

  • Rename( adını dəyişdir) seçilmiş obyektin adını dəyişir;

  • Create Shortcut( qısa yol yarat) seçilmiş obyekt üçün qısa yol piktoqramı yaradır


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin