- Legirlənmiş alət poladları tərkibində legirləyici elementlər Mn, Si, Cr, W, V olan poladlardır. Legirlənmiş poladların kəsmə qabiliyyəti karbonlu alət poladlarına nisbətən yüksək olub, istiliyə davamlılığı 2500 S-yə qədərdir. Belə poladlardan ştampların, kəsən, ölçü və çilingər alətlərin hazırlanmasında istifadə olunur. Əsas markaları: 9XC, XВГ, XВCГ, X6ВФ.
2. Alət poladlarının fiziki-mexaniki xassələri, quruluşu,tərkibi, alət poladları
Poladın
markası
|
Elementlərin faizlə miqdarı
| | | | | | |
C
|
Mn
|
Si
|
Cr
|
W
|
V
|
9XC
|
0,85...0,95
|
0,3...0,6
|
1,2...1,6
|
0,95...1,25
|
--
|
--
|
XВГ
|
0,09...1,05
|
0,8...1,1
|
0,15...0,35
|
0,9...1,2
|
1,2...1,6
|
--
|
XВCГ
|
0,95...1,05
|
0,6...0,9
|
0,65...1,0
|
0,6...1,1
|
0,5...0,8
|
0,05...0,15
|
X6ВГ
|
1,05...1,15
|
0,15...0,4
|
0,15...0,35
|
5,5...6,5
|
1,1...1,5
|
0,5...0,8
|
Bu poladların ən çox istifadə olunanı 9XC və XВГ poladlarıdır. 9XC poladından burğu, rayber, yiv burğusu, plaşka, daraq, frez bir sözlə aşağı sürətlə işləyən alətlər hazırlanır. Bu poladda karbid bərabər paylandığına görə nazik kəsici alətlər hazırlamaq mümkündür. XВГ poladında termiki emalda karbonlaşma az fərqləndiyinə görə bu poladdan dartılar, uzun rayberlər, yiv burğuları və s. hazırlanır. XВCГ poladı 9XC və XВГ poladları ilə aralıq mövqe tutur. Bu poladdan əsasən əllə işlənən alətlər (burğu, rayber, yiv burğusu, plaşka və s.) hazırlanır. X6ВФ poladı yeyilməyə qarşı davamlı olduğuna görə ( tərkibində xrom çoxdur) belə poladlardan yiv nakatlayan (diyirləndirən) diyircəklər, tiyələr hazırlanır.
Kimyavi tərkibi aşağıdakı cədvəldə verilir.
Dostları ilə paylaş: |