Kəsən hissəyə və lövhələrə karbid-titan TiC təbəqəsi ilə örtük çəkilməsi.
Kimyavi-termiki emaldan, alətin maqnit sahəsində emalından istifadə edilməsi.
Tezkəsən alət poladlarının müxtəlif markalarının dərin və hərtərəfli tədqiqi.
Р9-dan kəskilər, zenkerlər, frezlər, bıçaqlar və alətlər üçün lövhələr; Р12 və Р18-dən mürəkkəb və məsuliyyətli alətlər – fasonlu kəskilər, yivaçan, dişaçan alətlər, və
həmçinin dartılar, rayberlər hazırlznır.
Tərkibində volfram olan alət poladları az istifadə olunur ( volfram az tapılan material olduğuna görə). Р6M3 və Р6M5 alət poladlarının tərkibində molibden əsas təşkil edir. Belə ki, molibden 1,5...2% volframı əvəz edir. Hazırda Р6M5 istehsal olunan tezkəsən alət poladlarının 75% təşkil edir.
3. Tezkəsən alət poladları.
Alət poladının markalarını işarə etmək üçün DÜİST-lər üzrə qəbul olunmuş sistem yaradılmışdır.Markaların işarəsi, poladın kimyavi tərkibini təxminən bildirən az saylı ədəd və hərflərdən ibarətdir.
Hər bir legirləyici element aşağıdakı hərflərlə işarə olunur: N(Н) – nikel; X(X)
Poladın markasının əvvəlində gələn rəqəm yüzdə bir faizlə ( yüksək karbonlu alət poladlarında onda bir faiz) karbonun miqdarını göstərir. Hərflərdən sonra gələn rəqəmlər isə həmin elementin orta təxmini miqdarını (elementin miqdarı 1%-dən aşağı olduqda rəqəm yazılmır; 1%-dən yuxarı olduqda isə rəqəm 1; 2%-dən yuxarı olduqda isə rəqəm 2 yazılır və s.) bildirir. Tezkəsən alət poladları sürət (rapid) sözündən götürülmüş R (rusca P) hərfi ilə işarə olunur və onda sonra gələn rəqəm volframın miqdarını bildirir. Volframsız poladlarda R sonra 0 – işarəsi yazılır. A – hərfi markanın ortasında gələrsə azotun miqdarını, axırında gələrsə poladın yüksək keyfiyyətli olduğunu göstərir. DÜİST-də işarələrin sayını azaltmaq məqsədi ilə tərkibində 1%-dən yuxarı karbon olan poladlarda markanın əvvəlindəki rəqəm yazılmır. Belə ki, 1,45...1,65% C; 11,elə ki, 1,45...1,65% C; 11,0...12,5% Cr 0...12,5% Cr və 0,4...0,5% Mo tərkibli alət poladı X12M kimi işarə olunur.