Alətlər möhkəmliyə, yeyilməyə, əzilməyə qarşı davamlı və yüksək istilik
keçirmə qabiliyyətinə malik olmaqla, həmdə istiliyə qarşı davamlı olmalıdır. Metalkəsən alətlərin əsas funksiyaları (emaldan sonra alınan səthin keyfiyyəti və dəqiqliyi, alətin məhsuldarlığı, davamlılığı) alətin kəsən hissəsinin materialından, onun dağılmaya və yeyilməyə qarşı davamlığından, həndəsi parametrlərindən, alətin səthinin keyfiyyətindən və dəqiqliyindən çox asılıdır. Alətin yerinə yetirəcəyi əməliyyatdan asılı olaraq onun materialının düzgün seçilməsi, yeyilməyə və dağılmaya qarşı davamlılığı, aləti hazırladıqda yerinə yetirilən termiki emaldan, qaynaqdan, lehimləmədən çox asılıdır.
Metalkəsən alət avtomatlaşdırılmış komples sistemlərin və RPİ dəzgahların əsas hissəsini təşkil edir. Alətin düzgün seçilməsi və hazırlanması məhsuldarlığın artırılmasına və dəqiqliyə çox təsir edir.
3. Forma əmələ gətirmə prosesi haqqında anlayış
Forma əmələ gətirmə-bu pəstahdan tələb olunana formada, ölçüdə və keyfiyyətli səthli detal almaq üçün metodların, üsulların və fəndlərin birgə iştirak etdiyi prosesdir.
Kəsmə - bu forma əmələ gətirmə üsulunun tətbiqidir.
Pəstaha sərf olunan enerji:
-mexaniki
-kimyavi
-elekrtik
-maqnit və ya elektromaqnit
Forma əmələ gətirmə enerjisi ( məmula axırıncı formanı vermək üşün sərf olunan enerji):
Elektroerroziyalı emalda – elektrik enerjisi,
Kəsmədə - mexaniki enerji,
Vaxt üzrə enerjinin paylanması:
Fasiləsiz,
inplus şəklində
3. Forma əmələ gətirmə prosesi haqqında anlayış
Enerjinin paylanması (fəzada və ya mühütdə)
Nöqtəli
Xətti
Səthi
Həcmi
Forma əmələ gətirmənin əsas prosesi
Plastiki deformasiya – kəsmə, təzyiqlə emal
Kövrək dağılma – ultra səslə emal
Əritmə - tökmə və elektroeroziyalı emal
kimyavi proses – elektro kimyavi emal
bərk hissəciklərin və birləşdiricilərin qarşılıqlı əlaqəsi - toz metallurgiyası və abraziv texnologiyası
Elektrik və maqnit sahələrində qarşılıqlı əlaqələrin müxtəlif növlərində örtük çəkmə