Karbonlu konstruksiya poladları da tərkibindəki ziyanlı element olan fosfor (P) və
kükürdün (S) miqdarına görə 2 qrupa bölünür:
adi keyfiyyətli karbonlu konstruksiya poladları. Sıra sayına görə markalanır: St 0,
St 1, St 2, St 3, St 3kp, St 4, …, St 7.
Sıra sayı artdıqca möhkəmlik də artır. Bu poladlardan məsul olmayan hissələr
hazırlanır.
keyfiyyətli karbonlu konstruksiya poladları. Kimyəvi tərkibinə görə markalanır: St 10, St 15, St 20, St 25, St 30, St 35, St 40, St 45, …, St 85. Rəqəmlər tərkibində karbonun 0,01%-ə qədər karbon (C) olduğunu göstərir (Məsələn: St 45-də S≈0,45%; St 50-də S≈0,50% olur).
5. Konstruksiya materialları, növləri, markalanması, mexaniki xassələri, kəsmə ilə emalı üçün seçilməsi və hazırlanması
Karbonlu konstruksiya poladlarının tətbiq dairəsi daha genişdir. Bunlardan daha məsul hissələr dirsəkli vallar, sürgüqolları, müxtəlif hissələr hazırlanır. Karbonun miqdarı artdıqca mexaniki xassələri daha yüksək olur, lakin mexaniki emalı xeyli çətinləşir.
Aşqarlanmış poladlar-karbonlu konstruksiya poladlarının tərkibinə aşqarlayıcılı (legirləyici) kimyəvi elementlər qatmaqla əldə edilir. Markada elementin adını göstərən şərti işarələr yazılır:
Azot-A, Silisium (Si)-C, Manqan (Mn)-Q, Nike-(Ni)-H, Xrom (Cr)-X, Titan (Ti)-T,
Vanadium (V)-F, Volfram (W)-B və s.
Şərti işarədən sonrakı rəqəm həmin elementin təxmini olaraq faizlə miqdarını
göstərir.