Mövzu 10.
TCP/İP protokolları
1. İP protokolu nə üçündür?
2. TCP protokulunun vəzifəsi nədir?
3. İnternet protokolları hansı xüsusiyyətləri özündə birləşdirir?
İnternet protokolları bir-biriləri ilə əlaqələnə bilən istənilən sayda şəbəkələrlə məlumat mübadiləsi üçün istifadə edilir. Bu protokollar həm likal, həm də qlobal şəbəkələrdə istifadə edirlər. internet protokolları nəinki aşağı səviyyələrin (məsələn, TCP, İP) xüsusiyyətlərini, həm də poçt (SMTP), qarışıq mətn terminalları (HTTP) və faylların ötürüləməsi (FTP) kimi ümumi istifadənin xüsusiyyətlərini özlərində birləşdirirlər.
İP protokolu. Bir neçə rabitə şəbəkələrindən keçməklə yaradılacaq traktda İP protokolu ilə marşurutlama İP deytoqramlarının formatını, ünvanlaşmasını və onların hərəkətetmə xarakterini müəyyən edir. Deytoqramların ilkin hərəkətmərhələsində onların sonrakı marşurutları məlum olmur. Buna görə də hər bir aralıq qovşaqda, sonrakı qəbul məntəqəsi marşurut cədvəllərinə əsasən hesablanır və təyin edilir. Marşurutlamada iştirak edən hər bir qovşaqdan paketlərin keçməsi, onların yerləşdirilmiş daxili informasiyalara əsasən təyin edilir. Bu zaman paketlərin son məntəqəyə çatdırılması baş tutmayada bilər. Başqa sözlə desək İP protokolu paketin tələb olunan ünvana çatdırılması mümkün olmadıqda məlumat mənbəyinə bu haqda xəbər verilməsini təmin etmir.
Paketlərin ünvanlara çatdırılması mümkün olmayan hallarda məlumat mənbələrinə bu haqda informasiyaların verilməsi internetin digər protokolunda nəzərdə tutulmuşdur. Bu İnternet məlumatların idarə edən protokol (İnternet Control Message Protokol –İCMP) adlanır.
TCP protokolu. Transimission Control Protokol-TCP verilənlər selinin idarə olunmasına və təminatlı çatdırılmasına tam təminat verir. Bu protokol qarışdırılmış fasiləsiz selin tərkibində ardıcıl nömrələnməyə görə baytları identifikasiya edir. TCP həm də çox saylı dioloqları eyni zamanda yüksək səviyyədə təmin edilə bilər.
Dostları ilə paylaş: |