Fənnindən mühazirələr toplusu Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar


Mövzu 11. Siqnallaşma protokolları



Yüklə 474,5 Kb.
səhifə11/55
tarix01.01.2022
ölçüsü474,5 Kb.
#104426
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   55
Mövzu 11.

Siqnallaşma protokolları

1. SİP protokolu nə üçündür?

2. SİP-TE protokolunun vəzifəsi nədir?

3. Nəqliyyat şlüzinin idarəetmə protokolu hansılardır?
SİP və H. 323 protokolları. Hal-hazırda İP şəbəkəsi ilə multimediya çağırışları yaratmaq üçün bir neçə protokollar yaradılmışdır. SİP və H.323 protokolları da onlara aiddirlər. Belə standartların yaradılması telefon rabitəsinin qeyri mərkəzləşdirilməsinə və bu xidmətlərin abunəçilər tərəfindən idarə edilməsnə geniş imkanlar yaratmışdır.

Rabitə seanslarının yaradılmasına cəhd protokolu (SİP) multimedia seanslara və ya çağırışların təşkili, növlərə ayrılması və başa çatdırılması üçün yaradılmışdı. Multimedia seanslarına multimedia konfranslara, İnternet- telefoniya və digər analoji rabitə növləri aiddirlər. SİP protokolu İP şəbəkələri ilə nitqi vermək üçün açar protokollarında biri hesab edilir. Beləliklə, internet – telefoniyada geniş istifadə edilən SİP ən sadə siqnallaşma protokoludur.

SİP “müştəri-server” tipli protokoldur və hiper mətnlərin verilməsi üçün istifadə edilən protokola həm sintaksis və həm də semantik nöqteyi nəzərdən uyğun gəlir. SİP protokolun mətn sorğusu aparmaq və mətndən cavab vermək imkanına malikdir. Protokolun başlıq sahəsində xidmətolunma barədə və birləşmənin xüsusiyyətləri haqqında informasiyalar verilir.

SİP-T protokolu SİP protokolu məlumatında ənənəvi telefon siqnallaşmasının məlumatlarını inteqrasiya (birləşdirməyə) etməyə imkan verir. SİP- T protokolunun vəzifəsi məlumatın ötürülməsi və ötürmənin şəffaflığını təmin etməkdən ibarətdir. Bu protokol bir qayda olaraq VoİP şəbəkəsi ilə UİTS şəbəkəsi arasında interfeys əlaqəsi olan hallar üçün nəzərdə tutulmuşdur.

SİP illk variantda UDP və ya TCP protokolların üzərindən istifadə üçün nəzərdə tutulmasına baxmayaraq, hər hansı texniki dəyişiklik edilmədən ondan İPX, Freyme Reley, AAL5/ATM və ya X 25 protokollarının imkanları kimidə istifadə edilə bilər.

Nəqliyyat şlyuzunu idarəetmə protokolu H.248/MEGACO. Bu protokol MGCP protokolunun sonrakı təkmilləşəməsi sayəsində yaranmışdır. Bu protokol MGC kontrolleri ilə MG şlyuzu arasındakı interfeysdə istifadə edilir. Nəqliyyat şlyuzunun (MG) idarə olunması nəqliyyat şlyuzunun xüsusi idarəedici və ya onun kontrolleri vasitəsi ilə həyata keçirilir.

Paket şəbəkəsinin interfeysi İP, ATM və ya başqa texnologiyaları işə sala bilər. interfeys böyük sayda siqnallaşma sistemi ilə işləməlidir: UDP, TCP, SCTP ( Stream Control Transport Protokol) və ATM texnologiyası. MGC şlüzlərinin kontrelləri üçün UDP protokollarından istifadə olunması məcburidir. TCP protokolu həm kontrellər, həm də şlüz tərəfindən istifadə edilir. SCTP protokolu və ATM texnologiyası da hər iki qurğu üçün istifadə olunur.


Yüklə 474,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin