1. Əks-səda effektini aradan qalırmaq üçün istifadə edilən qurğular hansılardır?
2. Əks-səda məhdudlaşdırıcısı vəzifəsi nədir?
3. Əks-səda kompensatorları nə üçündür?
Hal-hazırda əks sədanın mənfi təsirini aradan qaldırmaq üçün iki qurğudan istifadə edilir: əks-səda məhdudlaşdırıcısı və əks-səda kompensatoru.
a) əks-səda məhdudlaşdırıcısı. Bu qurğu 70-ci illərdən etibarən tətbiq edilməyə başlanmışdır. Onların iş prinsipi olduqca sadədir və bu halda kanalla danışıq informasiyası verilmədikdə, sadəcə olaraq, ötürmə kəsilir. İlk yaranan telefon aparatlarında (spikerfon adlanan aparatlar) bu üsuldan geniş istifadə edilmişdir. Amma sadəlik normal ayırdetmə qabiliyyətini yaratmağa imkan vermir, çünki dialoqda iştirak edən insanların danışan anda öz səsini eşitməməsi üçün özü tərəfindən mexaniki olaraq danışığı kəsməsi əlverişli deyil. Bir qədər dəqiq desək, əslində bu halda birtərəfli rabitə (yarım dupleks) alınır.