Fənnindən mühazirələr toplusu Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar


Mövzu 21 Telematik xidmət qovşağının qurulması



Yüklə 474,5 Kb.
səhifə25/55
tarix01.01.2022
ölçüsü474,5 Kb.
#104426
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   55
Mövzu 21

Telematik xidmət qovşağının qurulması.
Telematik xidmət növlərinə elektrik rabitəsi şəbəkəsi ilə təşkil edilən telefon, teleqraf və diskret məlumat xidmətlərindən başqa, digər elektrik rabitəsi xidmət növləri aiddir. Telematik xidmət növləri dedikdə faksimil rabitə, elektron poçt xidməti, audio – vidio konfrans rabitəsi və nəhayət elektron formada saxlanılan mənbələrə qoşulub müştəri –server rejimində qurulan xidmət növləri başa düşülür. Telematik xidmət qovşaqları ədatən aşağıdakı məsələlərin həlli üçün qurulur:

  • İnternet şəbəkəsinə qoşulma;

  • İP telefon şəbəkəsinə qoşulma;

  • Sorğu məlumat xidmətlərini göstərən qovşaqlara qoşulma. Kanal

kommutasiya texnologiyaları əsasında məsələnin həlli iki üsulla həyata keçirilir:

  • Mərkəzləşdirilmiş telematik xidmət mərkəzinin qurulması:

  • Paylanmış telematik xidmət mərkəzinin qurulması:

Telematik qovşaq istiqamətində kifayət qədər trafik həcmi az olanda birinci üsuldan istifadə olunur. Bu isə yeni xidmətin ilkin dövbrünə aid ola bilər. Bunun üçün yeni rabitə infrastrukturunun qurulması, onun 7 № -li siqnallaşma ilə yerli şəbəkəyə və İSDN şəbəkəsinə çıxış olmalıdır. Bakı şəhərində bu xidmətlərin təşkili üçün ayrıca internet qovşağı yaradılmışdır. Bu internet provayder qovşağı vasitəsilə telematik xidmət platformalarına (internet pravayder, çağırış mərkəzləri və s. platformalara) rabitə təşkil edilir.
Telematik xidmətlər göstərən şəbəkənin tərkibinə modemlər, avtorizasiya serverləri, İP şlüzləri və multimedia serverləri daxildir. Adları sadalanan bütün funksional elementlər ümümi idarəetmə sistemə ilə əlaqədə olmaqla, əlavə olaraq göstərilən xidmət haqqının qeydiyyatı və texniki istismarın nəticələri haqqında statistik informasiyaların emalı üşün texniki və proqram vasitələr nəzərə alınmalıdır. Şəkil 4.5- də kanal kommutasiya şəbəkələrində mərkəzləşdirilmiş telematik xidmət qovşağının struktur sxemi təsvir edilmişdir.


Yüklə 474,5 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin