Fənnindən mühazirələr toplusu Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar


Mövzu 22. Virtual özəl şəbəkələrin (VPN) qurulması



Yüklə 474,5 Kb.
səhifə26/55
tarix01.01.2022
ölçüsü474,5 Kb.
#104426
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   55
Mövzu 22.

Virtual özəl şəbəkələrin (VPN) qurulması
Korporativ şəbəkə kanallarının kanal kommutasiya telefon şəbəkəsi çərçivəsində yalnız səs trafiklərin ötürülməsi üçün istifadə olunduğu üçün onu ancaq telefon rabitəsi üçün tam səvviyədə təsvir etmək olar. Belə kanalların təşkili üçün kanal kommutasiya şəbəkələrinə ciddi tələblər irəli sürülür.

  • Korporativ şəbəkə seqmenti təşkil edilən bütün klassik rabitə qovşaqlarına onların birləşmə nöqtələrində (kanal modullarında) ÜKS7 siqnallaşma sistemi tətbiq edilməlidir;

  • VPN intellektual şəbəkə çərçivəsində təqdim edilərsə, onda korporativ şəbəkələrin qoşulduğu bütün rabitə qovşaqları VPN xidmətlərini və ya SSP funksiyalarını həyata keçirməlidir;

  • Korporativ şəbəkələrin klassik rabitə qovşaqlarına birləşməsi üçün ya ÜKS7, ya da PRİ İSDN siqnallaşma sisteminin tətbiqi tələb olunur. Yaxud bütün korporativ şəbəkənin abunəçi qurğuları klassik kommutasiya avadanlıqlarının tərkibində reallaşdırılmalıdır. Bu fikir yalnız korporativ şəbəkənin kiçik seqmentlərinə aid edilir.

Klassik şəbəkənin operatorları diskret trafiki ötürmək üçün ayrıca telefon trafikini ötürən traktdan istifadə edə bilər. Bu halda həmin xidmətin yerinə yetirilməsi üçün bəzi şərtlərə əməl etmək lazımdır.

  • Operatorun müstəqil diskret veriliş kanalı olmalı, ya da operator şəbəkə seqmentinin bəzi hissələrində digər operatorların diskret veriliş kanalları resurslarından istifadə etməlidir;

  • Diskret veriliş şəbəkə sistemi (DVS) qeyd edilən xidməti nəqliyyat səviyyəsində həyata keçirmək imkanına malik omalıdır. Belə ki, istifadə edilən texnologiyalara uyğun olaraq nəqliyyat şəbəkəsi MPLS, Ethernet VPN, ATM VPN və s. əsasında qurulmalıdır;

  • Korpotativ şəbəkə kanal kommutasiya şəbəkəsinin operatorunun istənilən seqmentindən istifadə üçün iki müstəqil məqtiqi interfeysdən istifadə etməlidir. Onlardan biri diskret veriliş sisteminə, digəri isə kanal kommutasiya şəbəkəsinə qoşulmalıdır. Əgər bir fiziki interfeys istifadə edilərsə, onda informasiya selini ötürmək və onları daxil etmək (multipleksorlama) və paylamaq (demultipleksorlama) üçün əlavə avadanlıq istifadə edilməlidir (məsələn, xDSL avadanlığı). Həmçinin kanal kommutasiya və diskret informasiya trafikini ötürmək üçün lazım olan avadanlıq da istifadə edilə bilər.

Kanal kommutasiya şəbəkə çərçivəsində bircins olmayan qarışıq trafiklərin xidməti nəzərdə tutulmur.

NGN şəbəkəsi çərçivəsində, korporativ şəbəkə xidmətlərinin təşkili zamanı, bircins olan və ya olmayan (danışıq növlü, diskret növlü və ya multimedia xidmət növləri) trafik ötürülə bilər. İxtiyarı trafik tipi əsasında xidmət növlərini göstərmək üçün diskret veriliş sistemində istifadə edilən texnolgiyalar tətbiq edilə bilər (MPLS, Ethernet VPN, ATM VPN və s.). Bu texnologiyalardan başqa SİP protokolu əsasında VPN texnologiyasından istifadə etməklə səs trafiklərinin verilişini də təşkil etmək olar.

Adları sadalanan xidmət növlərini bir neçə operatorun şəbəkəsində təşkil etmək üçün onların şəbəkələri arasında VPN qurulur.


Yüklə 474,5 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin