C&C08 TİPLİ ATS-İN TƏTBİQİ
C&C08 ATS-inin kommutasiya sistemi TUP, İSUP, TCAP, SCCP, İNAP, DSSİ, R2, №5 və CAS 1/3 Bit siqnallaşma sistemləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərə bilir.
C&C08 ATS-in bütün KM vəya SPM modullarında 7 saylı siqnallaşma prossesi emal edilə bildiyi üçün sistemin məhsuldarlığı daha da artırılmış olur. Hər bir SM modulu 7 saylı siqnallaşmanın 24 manqasını emal etmək imkanına malik olduğundan bütün sistem 7 saylı siqnallaşmanın 3072 manqasını emal edə bilir. SPM şəbəkəsi 7 saylı siqnallaşmanın 512 manqasını təqdim edə bilir.
Kommutasiya sistemi 14/24 bitli və siqnallaşma nöqtələrinin kodlarını tanımaq və çevirmək imkanına malikdir.
C&C08 sisteminin kommutatoru 7 saylı siqnallaşmanın köməyi ilə real zaman anında istənilən çağırış üçün birləşmənin həyata keçməsi prossesini izləməyə və hər siqnallaşma məlumatının hər bir biti haqqında dəqiq informasiya əldə etməyə imkan verir.
ATS-in siqnallaşma sistemi istənilən texniki şəraitə asanlıqla uyğunlaşa bilir. C&C08 ATS-nin kommutasiya sistemi üçün müxtəlif proqram mexanizmləri hazırlanmışdır ki, buda çağıran abunəçi nömrəsinə qoşulmaq mümkün olmadıqda emal əməliyyatının yerinə yetirməyə imkan verir.
C&C08 sistemi S-12, AXE-10, SP-30, EWSD və F150 sistemli ATS-lər ilə qarşılıqlı əlaqədə işləyə bilir. ATS yüksək stabilliyə, etibarlığa və şəraitə uyğunlaşma keyfiyyətlərinə malikdir. ATS Avropa Amerika və Rusiya standartlarına tam uyğun gəlir və İTU-T standartları təlabatlarını tam ödəyir.
ATS avadanlığı müxtəlif siqnal məntəqələrində vəya ATS-lərdə istifadə edilən 14 bitlik və 24 bitlik kodlama sistemlərinin birgə işləməsinə imkan verir.
C&C08 tipli ATS-in avadanlıqları 10 ilə yaxın müddətdə telekommunikasiya kommunikasiya bazarında olmasına baxmıyaraq, bir sıra üstün cəhədlərinə görə dünyada istehsal edilən digər telekommunikasiya sistemləri ilə eyni səviyyədə durur.
Hələ 2000-ci ilin sonunda C&C08 tipli ATS-in 50 milyon abunəçi xətti mövcud olmuşdur. Hal hazırda 20dən çox ölkədə C&C08 avadanlıqlarından geniş istifadə edilir. Belə ölkələrdən Rusiya Bolqarıstan Litva Braziliya Kolumbiya Pakistan Hon-Konq Suriya və digərlərini göstərmək olar.
Dostları ilə paylaş: |