12- çağırışa nəzarət siqnalının eşidilməsi.
IV mərhələ. Danışıq dövrəsinin yaradılması. Çağırılan abunəçi mikrotelefon dəstəyini qaldırdıqda, onun abunəçi komplekti dəstəyin qaldırıldığını qeyd edir və çağırış siqnalının göndərilməsi dövrəsini açır. Bundan sonra RİB bloku çağıran SSM-ASL vasitəsilə verir. Daha sonra RİB bloku çağıran və çağırılan telefon aparatları arasında danışıq traktının yaradılmasını həyata keçirir.
Danışıq traktının sxematik təsviri şəkil 8.13-də verilmişdir.
V mərhələ. Danışıq dövrəsinin açılması və cihazların ilk vəziyyətə qaytarılması. Çağıran abunəçi tərəfindən birinci olaraq mikrotelefon dəstəyinin yerinə qoyulması (otboy verilməsi) onun xətti qoşulmuş ASL – də qeydə alınır. RİB bloku belə informasiyanı təsdiq etdikdə çağıran və çağırılan SSM modullarına yaradılmış birləşmənin açılması barədə məlumat göndərir. Çağıran tərəfin SSM modulu belə bir informasiyanı alan kimi dərhal çağıran abunəçinin ASL komplektini dövrədən açır. Çağrılan SSM isə belə informasiyanı alan kimi çağırılan abunəçi xəttinə məşğulluq siqnalı dövrəsini qoşur və onun aparatına belə siqnal göndərilir. Çağırılan abunəçi otboy verdikdə yaradılmış dövrə tam azad edilir və rabitə yaradılmasında iştirak etmiş digər qurğular da qeyri-aktiv (ilk) vəziyyətə gətirirlər.